Biz yemirik iç-diş ağa, sən buyur,Övkə, qarın, bağırsaq ye, bağır ye.Tamahın çox,bəlkə bir az zor ilə,İştah gələ, Allahını çağır ye.

Biri qalıb otuz iki dişindən,Ölüm gəzir addım-addım peşində,O dünyada səni gözlər eşin də,Yavaş-yavaş, ağır-ağır, ağır ye.

Öz malını yeməmişdən doyardın,Nökərlərin dərisini soyardın.Pul çinləyib bir tərəfə qoyardın,Tale səni eləyibdi fağır, ye.

Qaşınmaqdan hal qalmayıb kürəkdə,Çürüyübdür içəri də, ürək də.Mal tövlədə ot-əlafın mərəkdə,Üz gözündən dilənçilk yağır,ye.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri