Can alıcı xuni gözün bir dəm aman verməz, nedim?Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim?

Şirin ləbün əsrarını Ruhül-qüdüsdən sordu can,Der ol qeybün sirridir, namü nişan verməz, nedim?

K-ol vaizin əfsanəsin, saqi, sun ol cami-Cəmi,Gördün yəqin kim bu zaman dövri-zaman verməz, nedim?

Gərçi ənəlhəq sirrini zərrati-aləm söyləşür,Eynin kimi rövşən xəbər, bir şey əyan verməz, nedim?

Ol ləzzəti kim canıma ləli-rəvan bəxşin verür,Vallahi, anın zövqini canü cahan verməz, nedim?

Ey səbzeyi-can gülşəni, sərvi-rəvanin lütfiniBaği-behiştü [...] huri-cinan verməz, nedim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şol cami ki, sundun müdam, cani-Həbibiyə müdam,Ey saqi, məhru çün qulam, pirü cəvan verməz, nedim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq