Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
Hərdəm nəzər pak eyləyüb, baxsam cəmali-ayinə,Günəş yüzü ayinəsi ayına göz doymaz, nedim?
Şol fitneyi-dövri-qəmər, eyni bəladır kim məgər?Sərxoş olub, qəmlər içər, netdügünü1 duymaz, nedim?
Ol dil siyəh, fəttan firəng, hər ox kimi atar bidirəng,Doğru rəvanə irişür, ayruq gözə qıymaz, nedim?
Can bülbülü hər sübhü şam əfğanü ah eylər müdam,Ol qönçələb, gülrux qulam, çün şəminə qoymaz, nedim?
Bir dəmdə min canü cəhan tərk eylər olsam yoluna,Ol alihimmət dilbərüm minin birə saymaz, nedim?
Yarın qapusunda müdam, xar olduğum budur ki mən,Doyar kişi hər nəsnəyə, bu cürmünə doymaz, nedim?
Ey nasihi-müşfiq, bizə pəndü nəsihət eyləmə,Kimsə əzəldə yazılan yazıyu çün yuymaz, nedim?
Şeyxim, o can saqisinün sərxoş gözündən məst olan,Mərdümləri iki cəhan xalqı dəxi duymaz, nedim?
Məqtə — şairin təxəllüsü olan son beyt. Sən, ey Həbibi, cami-mey nuş eylə, çaldır, cəngü ney,Gördüm ki, ol settarü ney qullarına qıymaz, nedim?
Kitabxana.az · https://kitabxana.az/works/habibi-ey-dustan-ey-dustan-yarim-mene-uymaz-nedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çin elindən çin səhər çün şol büti-ziba gəlür,K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür.
Aşiqə məşuqinin cövrü səfası xoş gəlürAşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
Dur, ey mürği-səhər, billah, ağaz etDur, ey mürği-səhər, billah, ağaz et,Sərağazın odunu cangüdaz et.
Ey afitabi-dövlət, vey kövkəbi-hidayətEy afitabi-dövlət, vey kövkəbi-hidayət,Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.