خواجه یکی شب به تمنای جنسزد دو سه دم با دو سه ابنای جنس

Bir dəfə öz tayının dalınca gəzdirib gözİki-üç munisilə danışdı iki-üç söz,

یافت شبی چون سحر آراستهخواسته‌هایی به دعا خواسته

Dua ilə arzular ələ gəlirsə necə,Xacə səhərdən gözəl tapdı qəşəng bir gecə.

مجلسی افروخته چون نوبهارعشرتی آسوده‌تر از روزگار

Yeni bahardan parlaq bir məclisdi ziqiymət,Ruzigardan asudə, daha gözəl bir işrət.

آه‌ِ بخور از نفس روزنششرح‌دهِ یوسف و پیراهنش

Bacadan bir ah ilə ucaldıb nəfəsiniŞərh edirdi Yusifin köynək əfsanəsini.

شحنهٔ شب خون عسس ریختهبر شکرش پَرِّ مگس ریخته

Gecənin oğrusunu darğa etmiş canından,Milçəkləri öldürüb tökmüşdülər yenə qan.

پرده‌شناسان به نوا در شگرفپرده‌نشینان به وفا در شگرف

Şirin pərdə çalırdı pərdəyə əl vuranlar,Vəfadan dəm vururdu pərdədə oturanlar.

پای سهیل از سر نطع ادیملعل‌فشان بر سر در یتیم

Süheylinsə ayağı Ədim fərşin başındanYetim dürrün başına lə’l səpirdi hər an.

شمع جگر چون جگر شمع سوختآتش دل چون دل آتش فروخت

Şamın ciyəri kimi ciyərin şamı yandı.Ürəyin odu odun qəlbi kimi odlandı,

در طبق‌ِ مجمر‌ِ مجلس‌فروزعود شکرساز و شکر عود‌سوز

Məclisə işıq verən manqal içində gözəl,Səndəl şəkər qayırır şəkər yandırır səndəl.

شیشه ز گلاب شکر می‌فشاندشمع به دستارچه‌، زر می‌فشاند

Bollu şəkər səpirdi şişə gülabdan yenə.Sanki qızıl saçırdı şamsa öz ətəyinə.

از پی نُقلانِ می‌ِ بوسه‌خیزچشم و دهان شِکَّر و بادام‌ریز

Şərabdan sonra busə, busədən sonra noğul,Şəkər, badam tökürdü gözlər və ağız bol-bol.

شِکَّر و بادام به‌هم نکته‌ساززهره و مریخ به‌هم عشق‌باز

Söhbət edirdi badam, şəkər gələrək dilə,Sevişirdi Zöhrəylə Mərrix də bir-birilə.

وعده به دروازهٔ گوش آمدهخنده به دریوزهٔ نوش آمده

Qulaq darvazasına və’dələr yönəlmişdi,Gülüş bal qapısına dinləməyə gəlmişdi.

نیفهٔ روبه چو پلنگی به زیرنافهٔ آهو شده زنجیر شیر

Tülkü dərisi salmış altına pələng nədir?Olmuşdur bir ahunun göbəyi şirə zəncir.

ناز گریبان‌کش و دامن‌کشانآستی از رقص جواهر‌فشان

Yar, öz mə’şuqəsini, öz qoynuna çəkirdi,Rəqs edərək qolundan cavahirlər tökürdü,

شمع چو ساقی قدح‌ِ می به‌دستتشت می‌آلوده و پروانه مست

Şam bir saqi olaraq əlində tutmuşdu cam,Pərvanə keflənərək məst olmuşdu bu axşam.

خواب چو پروانه پر انداختهشمع به شکرانه سر انداخته

Yuxu qanad salmışdı, oxşayıb pərvanəyə,Şam isə baş vermişdi bu gecə şükranəyə.

پردگی زهره در آن پرده چستزخمه شکسته به ادای درست

Zöhrənin o pərdədə cəldlikdə əli vardı,Dürüst hava çalaraq mizrabı sındırardı.

خواب رباینده دماغ از دماغنور ستاننده چراغ از چراغ

Yuxunu qaçırırdı çoxdan dimaqdan dimaq,Bol-bol işıq alırdı yanan çıraqdan çıraq.

آنچه همه عمر کسی یافتههم‌نفسی در نفسی یافته

O adamın ömründə tapdığını məclisdəHəmnəfəslər tapmışdı bu yerdə bir nəfəsdə.

نزل فرستنده زمان تا زماندل به دل و تن به تن و جان به جان

Ürək ürəyə, bədən bədənə, can da canaSonsuz əmək bəxş etdi hey zamandan-zamana.

گفتی از آن حجره که پرداختندرخت عدم در عدم انداختند

Bu bəzəkli məclisdə bir məqama çatdılarKi, yoxluq paltarını yoxluqlara atdılar.

مرغ‌ِ طرب نامه به پر باز بستهفت پر‌ِ مرغ ثریا شکست

Şadlıq quşu məktubu qanadına bağladı,Süreyya quşununsa sındı yeddi qanadı.

آتش مرغ سحر از بابزنبر جگر خوش‌نمکان آب‌زن

Duzluların oduna səhər quşunun oduDurmadan ovuc-ovuc su səpir, su vururdu.

مرغ‌، گران‌خواب‌تر از صبحگاهپای فلک بسته‌تر از دست ماه

Xoruz sübhdən daha ağır yatmışdı əslənBərk bağlıydı fələkin ayağı ay əlindən.

حلقهٔ در، پرده بیگانگانزلف پری حلقه دیوانگان

Qapının halqasıysa oldu yadlara pərdə,Bir zəncirdi pərilər zülfü divanələrə.

در خَم آن حلقه دل مشتریتنگ‌تر از حلقه انگشتری

Ürək halqasınınsa üzük qaşında bu anDarısqaldı Müştəri bir üzük halqasından.

تاختن آورده پریزادگانهمچو پری بر دل آزادگان

Cəm olaraq pərilər, gözəl pərizadələr,Aşiqlərin könlünə çəkirdi qoşun, ləşkər.

بر ره دل شاخ سمن کاشتهخار به نوکِّ مژه برداشته

Könülün yollarında yasəmən bitirmişdi,Tikanı kirpiyinin ucuyla götürmüşdü.

میوه دل، نیشکر خَدِّشانگلبن جان نارون قدشان

Onların yatağının geydiyi qəlb meyvəsi,Qamətlərinin sərvi canın körpə töhfəsi.

فندقهٔ شِکَّر و بادام تنگسبز خط از پستهٔ عناب‌رنگ

Onun şəkər tək ağzı, badami gözü vardı,Tər üzü, innab rəngli bir püstəyə çalardı.

در شب خط ساخته سحر حلالبابِلی غمزه و هندوی خال

Öz hindu xalı ilə, Babili göz qırpmasıBu gecə eyləyirdi sahirlik iddiası.

هر نفس از غمزه و خالی چنانگشته جهان بابِل و هندوستان

Belə xaldan, bir də ki, bu göz qırpmaqdan hər an,Gah bir Babil olmuşdu dünya, gah bir Hindistan,

چون نظری چند پسندیده رفتدل به زیارتگریِ دیده رفت

Keçdi aradan neçə xoş, sevimli baxışlar,Könül getdi: „Mənimsən, — dedi, — ey sevimli yar!“

غمزه زبان‌تیز‌تر از خارهاجهد گره‌گیرتر از کارها

Qəmzə dili bizim bu xardan iti, üstündü,Saçının düyünləri işimizdən düyündü.

شست کرشمه چو کمان‌دار شدتیر نینداخته بر کار شد

Onun qəmzəli əli olunca bir ox atan,Hədəfə ilişirdi o dilbər ox atmadan.

باد مسیح از نفس دل رمیدآب حیات از دهن گل چکید

Bir Məsiha nəfəsi əsdi könüldən haman,Damcıladı palçığın abi-həyat ağzından.

گل چو سمن غالیه در گوش داشتمه چو فلک غاشیه بر دوش داشت

Gülün və yasəmənin qulağındaydı bəzək,Bir örtük daşıyırdı çiynində ay fələk tək.

چون رخ و لب‌، شِکَّر و بادام ریختگل به حمایت به شکر در گریخت

Şəkər, badam töküncə üzündən, dodağından,Şəkərdən kömək uman gül dayanmadı bir an.

هر نظری جان جهانی شدههر مژه بتخانهٔ جانی شده

Hər baxışı olmuşdu bütün bir dünya can,Bir can bütxanəsiydi kirpikləri hər zaman.

زلف سیه بر سر سیم سپیدمشک‌فشان بر ورق ِ مشک‌بید

Parlaq gümüş üstündə qara saçları, inan,Bədmişkin yarpağına mişk səpərdi hər an.

غبغب سیمین که کمر بست از آبقوس قزح شد ز تَف آفتاب

Gümüş kimi buxağı sudan bağlamış kəmər,Günəşin istisindən qövsi-güzəhə bənzər.

زلفْ براهیم و رخْ آتشگرشچشمْ سماعیل و مژه خنجرش

Zülfü İbrahim, ona od qalayandı üzü,Kirpiyi xəncərdisə, bir İsmaildi gözü.

آتش از این‌، دستهٔ ریحان شدهخنجر از آن نرگس‌ِ فتان شده

Od bu üzdən olmuşsa reyhan dəstəsi əkər,O səbəbdən fitnəli nərkiz olmuşdu xəncər.

بوسه چو می مایه افکندگیلب چو مسیحا نفس زندگی

Öpüşü şərab tək düşkünlük həvəsiydi,Dodağı İsa kimi dirilik nəfəsiydi.

خوی به‌رخ چون گل و نسرین شدهخرمن مه خوشهٔ پروین شده

Gül və nəsrin kimiydi onun üzündəki tər,Bir salxıma bənzərdi üzündə halə, ülkər.

باز شده کوی گریبان حورخطِّ سحر یافته صغرای نور

Huri öz köynəyinin yaxasını açmışdı,Səhər xətti aləmə nur fərmanı saçmışdı.

همّت خاصان و دل عامیانشیفته زان نور چو سرسامیان

Xas və adi adamlar, qəlbiylə, himmətiləBağlanmışdı o nurə bütün məhəbbətilə.

غمزه منادی که دهان خسته بودچشم سخن‌گو که زبان بسته بود

Ağzı xəstə qəmzəsi çarçı, olandan bəriDilsiz dilə gəlirdi danışarkən gözləri.

می چو گل آرایشِ اقلیم شدجام چو نرگسْ زرِ در سیم شد

Şərab, gül kimi oldu ölkələrin bəzəyi,Qızılı gümüşdəydi, camısa nərkiz təki.

عقل در آن دایره سرمست ماندعاقبت از صبر تهی‌دست ماند

Ağıl o dairədə keflənib zövqə daldı,Ən axırda səbirdən əlləri bomboş qaldı.

در دهن از خنده که راهی نبودطاقت را طاقت آهی نبود

Ağzında qoymamışdı yol gülüşün şiddəti,Taqətin, ah çəkməyə qalmamışdı taqəti.

صبر در‌آن پرده نوا تنگ داشتفتنه سرِ زیر در آهنگ داشت

Batmışdı bu nəğmədə çıxmırdı səbrin səsiFitnəninsə ikiqat zilə qalxdı nəğməsi.

یافته در نغمهٔ داود سازقصهٔ محمود و حدیث ایاز

Davudun nəğməsini, dilləndərək, çaldı saz,Neçə dərdə düşmüşdür Sultan Mahmudla, Əyaz,

شعر نظامی شکر افشان شدهورد غزالانِ غزل‌خوان شده

Nizami yaratdıqca şəkərdən şirin əş’ar,Qəzəlxan maralların dilində oldu təkrar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq