Olmaz
Qəm yemə bu qədər divanə könlüm,Həmişe nızigar belə dar olmaz.On bir ay çəkesən zimistan qehrin,Necə güldür çövresinde xar olmaz?!
Hər bir adam öz yerində oturmaz,Əqlin zaye vermez, fəhmin itirməz.İgidlər könlünə şikve getirməz,Necə dağdır quzeyində qar olmaz.
Siyah zülfu daraq ilə dara gör,öz könlünü öz derdinə dara gör,Qurbani der: bir neçəsin dəre gör,özgə bağda belə heyva, nar olmaz.
Sənsən Qurbaninin gül üzlü yan,Qalsa qurbət eldə artar azarı,Sağ olsun dünyada vəfalı yarıBir mən ölməyilən dünya tar olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-olmaz-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu yerlərin aranı,Tutubdu dağ aranı.
Bəyan eylədiŞükür dərgahına qadir Allahın,Məhəmməd dinini bəyan eylədi.
Qurbani (Diri versiyası)Keçmişdə Araz çayı sahilində Diri dağı deyilən yerdə Fərəməz bəy adlı bir bəy olmuş. Bu bəyin çoxlu mal-dövləti olmuş, ancaq züryətiyoxmuş. Fərəməz bəy mal-dövlətinin əksəriyyət hissəsini paylayır yetimyesirə ki, Allah ona bir oğul versin. Bu işdən sonra Allahın ona rəhmi gəlib qurban günündə ona bir oğul verdi. Uşaq qurban günü olduğu üçün adını qoydular Qurbani.
Dədə Yediyarla I deyişməI deyişməD ə d ə Y e d i y a r