Bayatılar
Bu yerlərin aranı,Tutubdu dağ aranı.Pəri üçün QurbaniGəzər eli-obanı.
Əzizim, Diriyə mən,Qurbanam Diriyə mən.Tarmar olsun bu yer,Dönərəm Diriyə mən.
Əzizim Diri dağı,Silinsin sinə dağı.Ov üçün yararlıdırBizim bu Diri dağı.
Əzizim Diri dağı,Duman, gəl, bürü dağı.Xudam bir körpü salıb,Arxası Diri dağı.
Vurdu bir talxa məni,Şəms etdi xalxa məni,Apar, qəbrim gendə qaz,Göstərmə xalxa məni.
Əzizinəm bu dağdan,Quşlar uçar budaqdan.Qurbani köç edibdir,Bu arandan, bu dağdan.
Həsrətində yanaram,Axtararam – araram.Pərini tapmasam mən,Diridə soraqlaram.
Pərim bağda gül avlar,Sərim bağda gül avlar,Qurbanı vurub təlxələr,Canın alıb zərdablar.
Qurbani, çaldı məni,Oda yar saldı məni.Qoymadı murad alam,Təlx ilan çaldı məni.
Bağrım başı əğyara,Tən əkübən əğyara.Məhşəridir Qurbanın,Yar qalanda əğyara.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-bayatilar