On altı gözəlin seyrinə vardım,Gözüm düşdü gözəllərin dördünə.Altısı bədxasyət, dindirmək olmaz,İkisi mehriban, de, bəs dördü nə?

Ay ağalar, dərdim yaman artıbdı,Çərxi-fələk eldən daşım atıbdı,Səkkiz şeydi, bu dünyanı tutubdu,Abü atəş, xakü baddı, dördü nə?

Qurbani sözlərin eylədi tamam,Gözünün evini alıbdı duman,Səkkiz şey gəlibdi insana ənam,Ağıl, mərfət, həvəs, kamal, dördü nə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale