Təbrizli gözəllər
Dünyaya dəyər nazlı, siyah gözlü gözəllər,Baldan da, şəkərdən də şirin sözlü gözəllər.İlham ala bilməz o qaranlıq gecələrdənVicdanı təmiz, taleyi gündüzlü gözəllər.Mən Təbrizi gəzdikcə dünən söylədim, ey bəxt,Azdır belə dünyada gülər üzlü gözəllər.Bir gün açar öz eşqini öz yarına məncə,İllərlə əgər saxlasa da gizli gözəllər.Hər gün məni gözlər, bilirəm, gözləri yolda,Gəl-gəl, – deyərək əlləri nərgizli gözəllər.Təbrizdən uzaqsan, bilirik, qəm yemə, Rüstəm,Xatırlayacaqdır səni Təbrizli gözəllər!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-tebrizli-gozeller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Köçəndən sonra da tək olmayaydım,Yanımdan yol keçən ellər olaydı.
Üç nəfər qalmışıqBir yerdə bitirdik orta məktəbi,Öpüşüb ağladıq, ayrıldıq bir gün.
Ölməyi bacar!Şair, gəl dostunun ömrün boyuncaKönlündən keçəni bilməyi bacar.
Vicdanımsan, Azərbaycanım!Şan-şöhrətli bir ölkəsən, Azərbaycanım,Əzəmətli bir ölkəsən, Azərbaycanım!
Başqa şairlərin şeirləri · Fələk və tale
Bir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum