Bir yerdə bitirdik orta məktəbi,Öpüşüb ağladıq, ayrıldıq bir gün.Nə vaxt ki, salıram yada məktəbi,Oluram pəjmürdə, oluram qəmgin.Həsrətlə deyirəm özümə hərdən,Üç nəfər qalmışıq otuz nəfərdən.

Canlanır yenidən o qanlı illər,Kəşməkəşli illər, tufanlı illər,Haqlılar haqsızdı, haqsızlar haqlı,Cəlladlar əliylə sinələr dağlı.Görüb tə illəri, nümayişləri,Ürəkdən sevinib qürurlanardıq.Yayıb qapı-qapı bu xoş xəbəri,İgid fəhlələri arxa sanardıq.

Gəlir göz önünə müəllimlərim,Səbəb bu günümə müəllimlərim.Şaiq, Hüseyn Cavid, Süleyman Sani,Onlara borcluyuq bu torpaq sanı,Gör necə oğullar yetirib vətən: –Qasımov Pənahla, Vəzirov HəsənAğır günümüzdə pənahımızdı,Sözləri gələcək sabahımızdı.

Qanlı istibdadın azğın çağında,Bizə ata kimi dayaq oldular,Təhsil illərinin qızğın çağında,Qara günümüzə çıraq oldular,Bəli, belə keçdi ilk gəncliyimiz,Körpə qəlbimizdə arzumuz mindi.Demirəm olmayıb nadincliyimiz,Yadıma düşəndə gülürəm indi.Qızlara qiyabi vurulan dəmlər...Gizlində körpətək ağladığımız.Ötərgi sevgilər, ötərgi qəmlər.Ağ günə ümidlər bağladığımız,

Gəldi 1920-ci il,Tərifi dastana sığışan deyil.Dəyişdi boz həyat, dəyişdi dövran,İnsanlar özünü sandı firavan.Sonsuz səadətdən söhbət açdılar,Böyük həqiqətdən söhbət açdılar.Qara günlərimiz arxada qaldı,Nurlara boyandı həyat yolumuz.A dostlar, demişəm, deyirəm yenə,Hərə öz yerini tutdu həyatda.Hərə öz borcunu verdi vətənə,Bu adlar ömürlük qalacaq yadda.Bir yerdə bitirdik orta məktəbi,Öpüşüb ağlaşdıq, ayrıldıq bir gün.

Nə vaxt ki, salıram yada məktəbi,Oluram bir qədər pəjmürdə, qəmgin.Düşünüb deyirəm özümə hərdən,Üç nəfər qalmışıq otuz nəfərdən.Nə qəm, hər məktəbin otaqlarında,Balalar oxuyur indi bizimtək.Nəğmələr səslənir dodaqlarında,Yox, biz yox deyilik, biz varıq demək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri