Qızıl anam qızılgül anam…
Mənim qızıl anam,Qızılgül anam.Sənin üçün mən acamBu çağımda da.Yuxum ərşə qaçıbSənin laylana,Səsinə möhtacamBu yaşımda da…Məni neçə ildirQoyub getmisən,Sənsiz nə səbrim var,Nə qərarım var,Baxma ki, əlliniÇoxdan keçmişəm,Baxma ki, atayamÖvladlarım var…Baxma ki, heç kəsdənYoxdur təmənnam,Baxma ki, çoxunaBir arxayam mən…Baxma ki, Təbriz tək,Nəvəm var amma,Səninçün uşaq təkDarıxıram mənBatdın, sönüb getdinBir ulduz kimi,Sənsiz bir an beləKönlüm açılmır…Sənə hava kimiSənə su kimi,Sənə nəfəs kimiEhtiyacım var…Belin əyilmişdi,Saçların qardı,Tamam dəyişmişdiÜzünün rəngi.Necə ki, quruca
Nəfəsin vardı,Arxamda ordularDurmuşdu sanki…Mənim qızıl anam,Qızılgül anam,Mən sənə basılmazQalam deyərdim…Dolardı könlüməSonsuz bir inam,Onda ki, sən mənə«Balam» deyərdin…Vücudum büsbütünGələrdi dilə,Necə məst olardım,Xumarlanardım…Sümükləri çıxanƏllərin ilə,Hər dəfə saçımıTumarlayanda…Səni ata bildimYetim qalandan,Mənim ata-anam,Ay gözəl anam!Dərdim çox olanda,Çətin olanda,Onda qalx köməyəYenə gəl, anam…Mənim qızıl anam,Qızılgül anam,Bil sənə möhtacamBu yaşımda da.Xoş nəvazişinə,Şirin laylana,Səsinə möhtacamBu yaşımda da.Sözünə möhtacamBu yaşımda da…
1991.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-qizil-anam-qizilgul-anam
← → düymələri ilə keçid, R — təsadüfi şeir