Ürəyim parçalanır
Məncə, hər doğru məhəbbətdə siyasət olmaz,Olsa bir azca siyasət, o, məhəbbət olmaz.
Ürəyim gizlədə bilməz ki, sevir qardaşını,Tökür hicrində açıqdan-açığa göz yaşını.
Ona baxdıqca uzaqdan ürəyim parçalanır,Dərdli bir nəğmə deyirkən dilim ağzımda yanır.
Çağırır, gəl! – deyə hər an məni ordan haraya,Ürəyim quştək uçur dərdli Arazdan o taya.
Deyirəm: qəm yemə, dostum, hələ mən ölməmişəm,Sənsiz ömrümdə, bilirsən ki, deyib gülməmişəm.
Ta əzəldən yoğurub qanla bu qardaşlığı biz,Demişik, qəbrədək ayrılmayacaqdır əlimiz!
Heç yaraşmaz sənə artıq o pərişan görkəm,Sadiqəm andıma, qardaş, tut əlimdən möhkəm.
Nərə çək, söylə o qəlbindəki hər istəyini,Çevirib bayrağa qandan qızaran köynəyini!
Şüvəlan, avqust 1945
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-ureyim-parcalanir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həsrətimin yaşı çoxdur yaşımdan,Hicran dərdli bir insanam, a dostlar!
AzadımOğlumun ad gününə*Sən mənim göz bəbəyimsən, öz adımsan, Azadım,
OğulBu sözüm əfsanə yox, yalnız həqiqətdir, oğul,Millətə namusla xidmət, bir səadətdir, oğul...
Qızım ƏzizəyəEvimizə gələndə məhəbbət gətir, qızım...Öz hüsnünə bənzəyən təravət gətir, qızım!
Başqa şairlərin şeirləri
Əslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Olmaz!Kim deyir yoxsa vüsal, aşiqə dərman olmaz?Əsil aşıq sevər, amma yara qurban olmaz.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Səhər açıldı, gözəl, şişə aç, gətir badə!Günəş kimi mənə sən badə ver bu dünyadə.