Evimizə gələndə məhəbbət gətir, qızım...Öz hüsnünə bənzəyən təravət gətir, qızım!

Uzun illər boyunca bu həyat yollarında,Adımıza, adına şan-şöhrət gətir, qızım!

Kasıbın olduğundan süfrəmizdə hər nə var,Bizə ürəyin kimi bir dövlət gətir, qızım!

Gəl, qızım bəxtimizin çırağı ol ömürlük,Həqiqət dünyamıza həqiqət gətir qızım!

Sən əzizdən əzizsən bizim üçün, Əzizəm,Süleymanın evinə səadət gətir, qızım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri