Girdi fırıldaq ilə yağlıca bir artelə,Arif olub vermədi vaxtını bir an yelə.El malına atdı əl qonşularımdan biri,Əyri işə qatdı əl qonşularımdan biri.Nəsli avamzadədir,Əsli haramzadədir.Söylədiyim doğrudur –Aydın, açıq oğrudur –Peysəri piy bağlayan qonşularımdan biri,Hay deməmiş ağlayan qonşularımdan biri.Gündə girib min donaSöz dedi bundan ona.Dal çevirib qeyrətəVerdi rəvac rüşvətə –Qəlbini qurdlar yeyən qonşularımdan biri,Haqq sözə nahaq deyən qonşularımdan biri.Xəlvəti məclis qurub etdi nümayiş oyun,Sandı çatıbdır daha ağzı ömürlük bala.Gəldi onunçün bağa körpə quzu, kök qoyun,Ət çəkilib şişlərə oldu rəvan manqala.Hədsiz, hesabsız yedi qonşularımdan biri,Gic-gici sağlıq dedi qonşularımdan biri.Doldu hinə bollu qaz,Sandı bunu xeyli az.Saqqalı al qan xoruz,Tükləri əlvan xoruzBalkonu minbər bilib sübhə qədər banladı,Həm özünü, həm də ki, sahibini danladı.Kəsdi bu külbaşları qonşularımdan biri,Moizəyə başladı qonşularımdan biri.Şişdi qarın, şişdi baş,Etmədi əsla təlaş,Oğrulara verdi aş,Doğrulara atdı daş,Oldu əyan hiyləsi,Batdı kökündən səsi.Min qapıda çaldı saz qonşularımdan biri,Taleyinə tutdu yas qonşularımdan biri.Keçmədi artıq sözüOldu gecə, gündüzü.Baxdı işə məhkəmə,Ey oxucum, qəm yemə.Aldı on il, vəssalam, qonşularımdan biri,İtdi gözümdən tamam qonşularımdan biri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira