Böyük anam vətənin qarşısında baş əyirəm,Uşaq kimi sevinib şənliyində al geyirəm.Vətən müqəddəs anamdır, heç olmadım anasız,Vətəndən ayrı düşəndə həmişə qəm yeyirəm.Gələndə rastıma bəzən vətənsizin birisiDalınca yox, üzünə gözbəgöz yaman söyürəm.Deyəndə ki, a Süleyman, nədir səninçün əziz?Vətən, vətən deyirəm mən, vətən, vətən deyirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən