Təbəssümlər yağdırıb tez-tez dodaqlarından,Yetənə yalvarırsan tərifçün dilənçi tək.Ayağın kəsilməyir sənət ocaqlarından,Xəyalı da qonorar alırsan ətək-ətək.Kökünü, ünvanını sən yox, mən bilirəm, mənQələminin ucundan çıxan “şeirlərinin”.Oxucusu özünsən, məddahı da özünsən,Ürək soyuducundan çıxan “şeirlərinin”.Artıq yetər oyuncaq sandın şeri, sənəti,Ustadları bu yolda dolu döyüb, qar döyüb.Günahkarıq, günahkarıq, bu çılpaq həqiqətiNə mən sənə demişəm, nə də dostlarım deyib.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri