Ötən illərim
Gəldi yaş üstünə yenə də bir yaş,Sanmayın, yel kimi keçdi illərim.Uğurlu, günəşli, uzun yollardaDostu düşmənindən seçdi illərim.
İllərim bu vətən torpağındadır,Şeir bağındadır, söz bağındadır.Ellərin gözünün qabağındadır,Kim deyə bilər ki, heçdi illərim.
Açdı hər qapını öz qapım kimi,Dindi könüllərdə rübabım kimi.Gəzdi dost ellərdə kitabım kimi,Sevən ürəklərə köçdü illərim.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-oten-illerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təkcə balam, yaxın gəl, yaxşı qulaq as mənə,Qoy söyləyim atamdan nə qaldı miras mənə.
AparsınVəslin evinə qoy məni hicranım aparsın,İllər boyu hicrana dözən canım aparsın.
Barışa bilməzEy afət, sanma ki, yaralı könlüm,Dərdini aləmə danışa bilməz.
Kəs, bilməzSevginin qədrini bu əsrdə hər kəs bilməz,Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
Başqa şairlərin şeirləri · Vətən
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
Zəhr dilindən bal aparSözümü salma yerə, çıxdı dilimdən al apar,Bulud ol, yağdır onu, çör-çöpü üzdən lal apar.
Sabir üçünNeyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.