Axtararsınız
Bir gün yadınıza düşərsəm, məni,Bu doğma ellərdə axtararsınız.Beş, altı nəğmənin müəllifiniSevən könüllərdə axtararsınız.
İlk bahar çağında,İsa bulağında,Araz qırağında,Sonalı göllərdə axtararsınız.
Gözəllər gözəlim, vətəndir, vətən,Nə duman görəcək, amalım, nə çən.Məni, karvan-karvan mənalı keçən,Aylarda, illərdə axtararsınız.
Görən gözümü,Ürək sözümü,Mənim özümüNəğməli dillərdə axtararsınız.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-axtararsiniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Eşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
Göz yaşım ilə dönübdür qara torpaq çəmənəQürbət eldən köç edib gəldi xəyalım vətənə.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin