Dostum Arifə

Arif, deyirəm gör əziz illər necə keçdi, –Ağ gün bizə qaldı, qara gün heçliyə köçdü.Al bayrağın altında gəlib vəcdə, yaratdıq,Bir cəbhədə, bir yerdə döyüşlərdə boy atdıq,Üstün tutaraq zəhməti can dincliyimizdən,Bir yol demədik: “Getdi, heyif gəncliyimizdən!Rahət yola sal yetmişi, heç qəm yemə, dostum,Yüz il də gəlib ötsə – “qocaldım” demə, dostum,

Arif, səni xoşbəxt yaşadan xoş əməlindir,Fəxr et, bu müqəddəm ana torpaq təməlindir,Yollarda, bilir el, nə yoruldun, nə də azdın,Tənqidini arif kimi, şair kimi yazdın.Sərt olsa da, biz incimədik doğru sözündən,Tənqidə dözümsüzlərimiz küssün özündən!Ey alnıaçıq, ey üzüağ, ey nəcib insan! –Qəlbində nə varsa, duyuram mən baxışından.Arif, nə utanmaq, bizə səs ver, bunu istə:Bir yetmişi də gəl təzədən yetmişin üstə!Yaz, yurduna, mərd xalqına qəlbində məhəbbət,Yaz, yaz ki, gözəl mahnıya dönsün bu həqiqət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət