Mehdini yad etdim
Sovet İttifaqı QəhrəmanıMehdi Hüseynzadənin xatirəsinə
Mən səni çox görmüşəm cavanlıq çağlarındaAbşeronun gözəli Novxanı bağlarında.Göbəyindən bal daman əncirindən heç olmaz,Üzümündən dadmasan kefin əla, boş olmaz.Uşaqlığın bu yerdə xeyli maraqlı keçdi,Ellərə bağlı keçdi, vətənə bağlı keçdi.Oynardın, güləşərdin mirvari qumlar üstə,Qəşəngdi dostların da sən yaşda, sən həvəsdə.Baxışların aydındı günəşli səhər kimi,Könlündəki arzular coşqundu Xəzər kimi.Qaçmazdı hər addımın cüt bacının gözündən,Zərrə incitməmişdin bir kimsəni özündən.Rəssamlığın da vardı, şairliyin də vardı,Qələmin də, firçan da, ətirli ilk bahardı.
Böyüdün, yaşa doldun,İgid bir oğlan oldun.Vətənin dar günündə atıldın ön səngərə,Yaralar aldınsa da sarsılmadın bir kərə.Vətən məhəbbətilə verdin sözü süngünə.Ellər dəyişməz sənin bir gününü min günə.Qəlbində bir yetimtək qoymadın öz kamını,Günahsız qurbanların aldın intiqamını.Heyhat! Canım-ciyərim, qürbətdə düşdün dara,Diri təslim olmadın şərəfsiz cəlladlara!Rəng aldı al qanından arzunun çiçəkləri,Yumulan gözlərində doğma vətən göyləri...Dərdli cəbhə dostların bir təpənin başındaAh, səni tapşırdılar torpağa gənc yaşında.Adam var ki, həyatda ömr edir ölülərtək,Adam da var, sənintək heç zaman ölməyəcək!Bilir el, bilir vətənÖlümünlə əbədi həyat qazanmısan sən.Səni bizdən ayıran yollar uzaq olsa da,Milyon-milyon könüllər aşaraq sərhədləri,Gəlir ziyarətinə, öpür yatdığın yeri.Uzaq, qürbət ölkədə olsa da aşiyanınSəni gündə min kərə öpür Azərbaycanın!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-mehdini-yad-etdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyaya göz açandan sirdaşımdır ilk bahar,Zəfərlər kitabında öz adım, öz peşəm var.
DüşüncələrSadə bir şairəm, sözüm, söhbətim.Könül dəftərimin varağındadır.
Sıfırı yeddinin yanından pozunA dostlar, deməyin dolmusan yaşa,Şairəm, yaşıma baxmayın mənim.
Günəşinlə gəlTəzə il, yanıma əliboş gəlmə,Könlümə xoş gələn xəbərlərlə gəl.
Başqa şairlərin şeirləri · Vətən
Həyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.
ÜzeyirbəyAzərbaycan xalqının gözüdür Üzeyirbəy,Musiqi aləminin sözüdür Üzeyirbəy.
Sabirin yadigarına ithamŞairi-zindəruh*Bir taqım cahilanü naəhlan –
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,