Borcluyam insanlara
Dünyaya göz açandan sirdaşımdır ilk bahar,Zəfərlər kitabında öz adım, öz peşəm var.Mən vətən torpağından yaranmış bir açaramArzusuyla ellərin,Sevdalı könüllərinQapısını hər zaman mahnılarla açaram.Od mənəm, atəş mənəm,Ay mənəm, günəş mənəm,İnsanam, ömrüm boyu borcluyam insanlara.İtirmərəm özümü düşsəm də tufanlara.Zəkasıyla xalqımın göylərə yüksəlirəm,Ulduzlara gedirəm, ulduzlardan gəlirəm.Mən yolları ağartdım, yollar mənim başımı.Yaşımı bilir vətən,Bəxtimlə yaşıdam mən,Gəlin bir daha məndənSoruşmayın yaşımı.Canımdan yan ötür qəm,Daim hərəkətdəyəm.Qoşadır addımlarım qocalmayan həyatla.Sönməzdir odum mənim,İnsandır adım mənim.Mən yeni dünyamızı bəzəyirəm bu adla.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-borcluyam-insanlara
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Oldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.
Həkimə can!Sən vətəndən sarı qəlbin döyünürsə, maralım!Vətənin də maralından sarı qəlbi döyünür.