Sabir üçün
Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim?Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim?Hey o qədər nəğmə var ki: qüvvətdənmi oxuyalım?İşdən, gücdən, cəsarətdən, sürətdənmi oxuyalım?Yoxsa keçmiş rəzalətdən, dəhşətdənmi oxuyalım?Nurumuzun dağıtdığı zülmətdənmi oxuyalım?Sən heybətli, cəhənnəmli dövürləri gördün, Sabir!İşçilərə yağdırılan təhqirləri gördün, Sabir!Kəndlilərin boynundakı zəncirləri gördün, Sabir!Ürəyinin sapı nazik fəqirləri gördün, Sabir!Hər cahangir qabağına vurub qatdı xalqımızı,Zaman-zaman quduz çarlar qırıb çatdı xalqımızı,Müsavatla daşnaq gəldi, alıb-satdı xalqımızı,Həpsi qırıq kaman kimi sızıldatdı xalqımızı.Zaman-zaman bir div kimi köksümüzə çökdü onlar,Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar.Tufan kimi bağçamızın meyvəsini tökdü onlar,Boynumuzda bir çəkilməz, bir əzablı yükdü onlar.Həyat kimi yaz onların, ölüm kimi xəzan bizim,Nəğmə, oyun onlarındı, matəm bizim, fəğan bizim.Kaşanələr ağaların, qazma bizim, viran bizim,Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim.Məzarlıqdan qalxıb, Sabir, indi azad ellərə bax!Al günəşin qoynundakı bu işıqlı səhərə bax!Yaşıllıqlar qucağında nəfəs alan çöllərə bax!Bizə həyat, bizə şadlıq bəxş eyləyən rəhbərə bax!Qalx məzardan, ölkəmizin dağını gör, düzünü gör!Yeni-yeni aşıqların sazını gör, sözünü gör!Azərbaycan qızlarının parlaq açıq üzünü gör!Həm bu günün, həm sabahın uzaq görən gözünü gör!Bircə bizim Bəstiyə bax, ah, bu qadın nə qoçaqdır!Topladığı pambıq kimi alnı açıq, üzü ağdır.Hələ Leyla... daha yüksək fəzalara uçacaqdır,Manya Vətən sərhədində dalğalanan bir bayraqdır.Seyr et bizim Mil düzünü, ellik olan Muğanı gör!Torpaqları köksüm kimi nəfəs alan aranı gör!Qarabağda, xas Qubada bağa girib, bağbanı gör!Bu yerlərdə insan kimi həyat sürən insanı gör!Səndən sonra min xanəndə, min sazəndə üzə çıxdı,Ölkəmizin ceyranları dəstə-dəstə düzə çıxdı.Yağdı yağış, zümrüd otlar çəmənlərdə dizə çıxdı,Bülbül ötdü, gül açıldı, dodağında məzə çıxdı.Yeni-yeni söhbətimiz, yeni-yeni sazımız var,Yaşayırıq qardaş kimi, kitabımız, yazımız var,Sakit, şirin əməyimiz, xəyalımız, arzumuz var,Keyfimiz var, ruhumuz var, sevgimiz var, nazımız var!Kəndlilərin otağında yanır sülhün çıraqları,Seyr edəlim gülə-gülə yaxınları, iraqları.Qardaşlığın bağçasıdır bizim sovet torpaqları,Yallı gedir ağacları, çəpik çalır yarpaqları.Su üzündə gəmimiz var, göy üzündə tərlanımız,Yer üzündə nərə çəkər qoşun-qoşun arslanımız.Çox böyükdür dövranımız, çox genişdir meydanımız,Şənliyimiz, taleyimiz, azad olan vicdanımız.Alqış sənin məzarına bu qardaşlıq dünyasından!Bu qardaşlıq dünyasının qayğısından, sevdasından!Fikrimizin, hissimizin çiçəklənən tarlasından!Hər qafqazlı bəstəkarın beynəlmiləl havasından!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-sabir-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
کز رنگ بهار بوی خون میآید
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
گه چو چنگم و گاه چو نی بنوازمگه بهر ساز که سازی تو مرا میسازم
ŞuşaQoynuna girməyə qalmışdır bir az,Könül fərəhlənib eylədi pərvaz;