Qoynuna girməyə qalmışdır bir az,Könül fərəhlənib eylədi pərvaz;Ölməyib görəydim seyrini hər yaz,Səndə vardır başqa lətafət, Şuşa!

Dağlarından qopar havalı yellər,Ah, o sərin yellər, səfalı yellər;Dağıdıb huşumu divanə eylər,Vüsalın hər kəsə səadət, Şuşa!

Xırdaca-xırdaca yağışin yağar,Çən-çisək içindən günəşin doğar,Bir ağız bir bulaq suyunu soğar*,Eyləyirsən yenə qiyamət, Şuşa!

Bir əcəb gülşəndir torpağın, daşınDumanlı dağlardır həyat yoldaşın,Bir ağrı gördümü ömründə başın,Ey fitrən xəlq olmuş təbabət, Şuşa!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar