Geyib əsgər paltarını, silahlandı qəhrəman,Onun polad sinəsinə sığışmadı ürəyi.Dayan! — deyib, yaxın gəldi, öpdü onun alnındanYay gününün xoş səhəri, bir də dağlar küləyi.— Ana! Getdim, salamat qal! — deyib öpdü qarını,Ana igid balasına açdı öz qollarını.Üz-gözündən öpə-öpə bağrına basdı onu,Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.Dedi: "oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!Tarixlərin şahididir mənim bu ağ birçəyim.Görürəm ki, qəhrömansan, sənə halaldır südüm,Qulağında yaxşı qalsın mənim sənə öyüdüm:Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!Sən düşmənin qabağında igid tərpən vüqarla.Tüfəngini təmiz saxla, atını da tumarla!Öz yerində olsun gərək igidin yar-yarağı,Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı.İgid balam! Hərçəndi ki, öz ananam mən sənin,Çörəyilə böyümüsən bizim ana Vətənin.Bizim ellər Koroğlular, Xətailər yurdudur,Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur.Payız vaxtı bağçamızın heyvaları dəyəndə,Şaftalılar şirələnib budağını əyəndə.Göndərərəm sovqatını — sənin də öz payını,Sən də artır öz əlinlə zəfərlərin sayını.Get, düşmənin qabağında igid tərpən vüqarla,Tüfəngini təmiz saxla, atını da tumarla".Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;Günəş yaydı şöləsini Vətənin göylərindən.Ana baxdı öz oğluna, su da səpdi dalınca…Şair qəlbi bu səhnədən ilhamını alınca:— Yaşa, — dedi, — ey qəhrəman! Yaşa, — dedi, — ey Vətən!Sonra şair dodaqları öpdü ana əlindən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən