Gəl, ana yurdumun qızı, gəlini,İndi hünər vaxtı, qeyrət dəmidir.Sən də əsirgəmə kömək əlini,Hər sözün, söhbətin can məlhəmidir.Adın şərəflidir sənin, ey qadın!Dahilər anası çağrılır adın.

Əlinlə qurduğun barlı bağçalarTufanlar qopsa da saralıb-solmaz.Bizim bu yerlərdə bir məsəl də var:"Aslanın erkəyi, dişisi olmaz!"Cəbhələr çağırır… Gəl düşək yola.Zəfər bizimkidir, uğurlar ola!..

Əzəldən təmizdir, safdır ürəyin,Bir də şairanə təbiətin var.Həyat aşiqidir eşqin, diləyin,Dildə dastan olan məhəbbətin var.Var olsun cahanda eşqin, əməlin,Var olsun daim yaradan əlin!

Gəl çıxaq cəbhəyə, əmr edir Vətən,Sən də bu meydanda kükrəyib çağla!Düşmənin gülləsi dəysə sinəmdən,Mehriban əlinlə yaramı bağla.Həyat verəcəkdir bizə dərmanın.Əlinlə yazılsın hökmü zamanın.

Gəl, indi cəbhədə yoldaş olaq biz,Bir cüt aslan kimi vuruşaq qoşa;Zəfərlə qurtarsın mübarizəmiz,Sonra öz evində bəxtiyar yaşa.Vətənin gözləri indi bizdədir.Azadlıq çırağı əlimizdədir!

Gəl, ay camalının saf şöləsindənBir də işıqlansın sinəmdə ürək.Gəl, Vətən eşqinin yürüş səsindənSel kimi kükrəyib hücuma keçək.Aşıb şiş dağlan, meşəlikləriGündə bir zəfərlə gedək irəli.

Gəl Qızıl Orduya! Sarıl bu günə!Parla yaz gününün səhəri kimi.Tutum üzəngini, qalx at üstünə,Sən Qaçaq Nəbinin Həcəri kimi.Hücuma keçdikcə nərə çəkib sən,Günəş nur tökəcək üstünə göydən.

Əlinlə qurduğun barlı bağçalarTufanlar qopsa da saralıb-solmaz.Bizim bu yerlərdə bir məsəl də var:"Aslanın erkəyi, dişisi olmaz!"Cəbhələr çağırır… Gəl düşək yola,Zəfər bizimkidir, uğurlar ola!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri