Bizim günəşin ünvanı
Bütün yer kürəsində azadlıq istəyənlər,Köləlik dünyasında ağ günə həsrət bəşərBir günəş axtarırdı, ədalətə yol açsın,Həqiqətə yol açsın,Səadətə yol açsın,Məhəbbətə yol açsın.
Uzun əsrlər boyu dilləndi ki, hər ürəkGöylərin günəşindən başqa bir günəş gərək.Bir günəş ki, varlığı qızıl bayrağa dönsün.Sonsuz hərarətindən ürəklər dağa dönsün.
Deyirəm qoy göstərim o günəşi ellərə,Başlayaraq bu gündən gələcək nəsillərə.Nişan verim bir daha bəşərə ünvanınıHər yurda, hər ölkəyə, hər yerə ünvanını...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-bizim-gunesin-unvani
← → düymələri ilə keçid, R — təsadüfi şeir