Könül mahnısı
Dinlə, a Təbriz gözəli,Mən səni sevdim sevəli.Xoşladı hicran qapımı,Daşladı hicran qapımı.Yaxşı bilirsən bunu sən,Çox sevirəm yurdunu mən.Şahid olub eşqimizə,Şöhrətimiz Ərk qalası,Mahnı deyib orda bizə,Qüdrətimiz Ərk qalası.Baxmayaraq dərdə, inan,Bağrıma yazdım adını,Od kimi bağrımda yananAğrıma yazdım adını.Ayrılığın keçdi belə,Ayları da illəri də,Gəldi xəzan, verdi yelə,Əkdiyimiz gülləri də.Düşmənə diz çökməmişəm,Dərdə boyun əyməmişəm.Sən də mənimtəksən, a qız,Ay kimi göyçəksən, a qız.Gəl qulaq as bir də mənə,Ağlayıb, öz taleyinəKəm demə, Təbriz gözəli,Qəm yemə, Təbriz gözəli.Mən bilirəm gün gələcək,Gül kimi bəxtim güləcək.Can sıxan hicran köçəcək,Səslənəcək arzularım,Hər gün Arazdan keçəcəkOdlu könül mahnılarım!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-konul-mahnisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən sənin dilinə dəymirəm, cəllad,Gəl sən də bu ana dilimə dəymə!
Anam dilli qardaşımDinlə qan qardaşını, qabar əlli qardaşımMən sözlü, mən arzulu, mən könüllü qardaşım,
Yad gül dərə bilməzYad gül dərə bilməz çəmənimdən,Heç qüvvə ayırmaz məni bir an
Yasin əvəzinəÜrəyimin yaxınları, eşidin,Diləyimin yaxınları, eşidin: