Yad gül dərə bilməz çəmənimdən,Heç qüvvə ayırmaz məni bir anÖz doğma elimdən, Vətənimdən.

Hər yerdə günəşdir mənə bayraqBaş əymərəm aləm yağı olsa,Qan axsa da sel tək bədənimdən.

Ölsəm qalacaqdır əməlim sağ,Düşmən mənə əl vursa, əminəm,Atəş açılacaqdır kəfənimdən.

Heç qüvvə ayırmaz məni bir anÖz doğma elimdən, Vətənimdən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar