Salmasa cananın hicrana canan, yaxşıdır,Saxlasa öz eşqini qəlbində pünhanı, yaxşıdır.

Sevgilim! Sənsən mənim ilk sevgilim, son sevgidim,Keçsə məntək aşiqin ömrü firavan, yaxşıdır.

Gəl, gəl, ey saf eşqimin, ilhamımın dan ulduzu,Seyr edək dünyamızı, gün yaxşı, dövran yaxşıdır.

Hər zaman, hər dərdini, hər arzunu bildirməyə,Eşqinə sadiq, sevən könlüm tək ünvan yaxşıdır.

Həm Vətənçin, həm səninçin, öz canımdan keçməyə,Sevgilim, şəkk-şübhəsiz, şair Süleyman yaxşıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq