Nəcib arzularla doludur könül,Daha qəmxanələr ocağım deyil.Başım daşdan-daşa dəyibdir artıq,Sevgilim, bu çağım o çağım deyil.

Adınla bəzənib ömür kitabım,Hicrinə dözməyə qalmayıb tabım.Böhtana, yalana bağlıdır qapım,Ürəyi qurdlular qonağım deyil.

Yalnız ayrılıqdır qapımı döyən,Sənsiz nəyə gərək bu bağ, bu çəmən.Sənə pıçıltıyla nəğmələr deyənBu sevən könlümdür, dodağım deyil.

Yaxşı bilirsən ki, sevirəm səni,Qaldır pəncərəni örtən pərdəni,Qapına görüşə gətirən məniSevən ürəyimdir, ayağım deyil!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq