Mənim deyil, sənindir
Eşqinlə gecə-gündüz vuran bu şair ürəkİnan, sevgilim, inan, mənim deyil, sənindir!Sözə varmı ehtiyac, məndən gözəl bilirsən,Məni yaşadan bu can mənim deyil, sənindir!
Bağımda bağban kimi çalışıb tər tökmüşəm,Gözlərimi səninçün bu yollara dikmişəm.Gəl, gör sənin adına, neçə güllər əkmişəm,Bu misilsiz gülüstan mənim deyil, sənindir!
Sənə vurğundur könül, sənə bağlıdır könül,Sənin səadətinlə bahar çağlıdır könül.Sevgilim, bu sözündə, məncə haqlıdır könülSəni sevən Süleyman mənim deyil, sənindir!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-menim-deyil-senindir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vətən gülşənləri görünür mənəŞeir bağım kimi, söz bağım kimi.
YaylıqQoy deyim bu yaylığı niyə əzizləmişəm,Niyə onu biganə gözlərdən gizləmişəm.
Həqiqət nəfəsliOdlar diyarımın xəritəsindəHəqiqət nəfəsli Lənkəranımsan!
Mahnımın nəqəratıKağızlar üstündəki sətirlər zəfərimdir,Altında imzam isə mənim alın tərimdir.