Qoy deyim bu yaylığı niyə əzizləmişəm,Niyə onu biganə gözlərdən gizləmişəm.Nakam məhəbbətimin izi var bu yaylıqda,Sanki ilk sevgilimin özü var bu yaylıqda.Əziz olur mənimçün ildən-ilə bu yaylıq,Eşqimdən söhbət açır gəlib dilə bu yaylıq.Yadımdan çıxarmı heç bir ilk bahar çağında,Axşam, sahil bağında,Son verməkçün qəlbimdə doğan kiçik şübhəyə,“Yalnız səni sevirəm, yalnız səninəm” deyə –Çiynimə söykəmişdi məhəbbətlə başını,Bu yaylıqla silmişdi gözlərinin yaşını.Mənə bağışlamışdı eşqinə şahid kimi,Beləcə oxşamışdı həyəcanlı qəlbimi.Getdi, özüylə birgə gəncliyimi apardı,Dincliyimi apardı.Bədbəxtmi ya xoşbəxtmi olduğunu bilmədim,İllər keçdi, adını ürəyimdən silmədim.Xatirindən çıxsa da mənim bu dediklərimÜrəyini sıxsa da mənim bu dediklərim,Bir acı həsrətlə mən onu anıram yenə,Bu yaylıqdan eşqimin gözləri baxır mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq