Yaman qarışdırmışdı şöhrət mənim başımı,Yaxınıma qoymurdum dostumu, yoldaşımı.Vurulmuşdum özümə, bir də sənə, ey qadın,Dilimdə gecə-gündüz öz adım, sənin adın.Bəyənirdim nədənsə yalnız öz sözlərimi,Qalın şöhrət pərdəsi tutmuşdu gözlərimiGül üzünü görürdüm, ürəyini görmürdüm.O kökündən çürümüş diləyini görmürdüm.Ah, yanlış addımlarım yadımdan çıxmayacaq.Daim deyirdin mənə: “səni sevirəm ancaq”Başıma and içirdin, canıma and içirdin,Uğrumda quru sözlə öz canından keçirdin.

Zaman bir gün uçurtdu şöhrət taxtından məni,Dar günümdə görmədim yanımda bir an səni.Tək qalmadım, ömrümə hayan oldu vətənim,Yaxın dostlar, tanışlar tutdu əlimdən mənim.Günlər, həftələr, aylar dolandı sən gəlmədin,Bəzən sinəmdə odlar qalandı sən gəlmədin.Nəhayət, dost əliylə yaralarım sağaldı,Keçən günlərdən ancaq acı xatirə qaldı.Mənə elə gəldi ki, yenidən doğulmuşam,Dünənsə vətənimçin nankor bir oğulmuşam.Bu gün qatıb gecəni gündüzə gənc yaşındaMin arzu bəsləyirəm ürəyimin başında.Budur yenə gəlmisən, sevgidən danışırsan,Ürəklərlə oynamaq sənə gəlməsin asan,Yalançı andlarınla gəl pozma dincliyimiÇöldən tapmamışam ki, bu qaynar gəncliyimi!Könül dediklərinə daha inanan deyil,Çəkil mənim günəşli, aylı yolumdan, çəkil.Deyirsən: “məni əfv et” bilmirsən gecdir artıq?Gözəlliyin, varlığın gözümdə heçdir artıq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri