Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var,Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var.

Ruhu oxşar, qəlbi oxşar incə bir canan səsi,Gah gülər, gah ağlayar, hər dəmdə bir mənası var.

Can alan hər nəğmənin mənası yalnız eşqdir,Göz görüb əl çatmayan ulduzlu bir dünyası var.

Dərdi-hicran günlərdə ömrü odlardan keçər,Hər könül bir karvandır ki, bir susuz səhrası var.

Məqtə — şairin təxəllüsü olan son beyt. Böylə bir söz var ki, Vurğun indi bir Məcnun olub,Şerü-sənət adlanan nazəndə bir Leylası var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq