Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var,Hər gülün, hər çiçəyin öz adı var, surəti var.

Qulaq as bülbülün avazına, sevda dəmidir,O çəmən güllərinin bir-birinə ülfəti var.

Sığmaz idraka bu dünya evinin sirrləri,Varlığın hüsni-əzəldən nə böyük qüdrəti var.

Dolaşıb aləmi Loğman kimi məna gəzirəm,Çünki mənalı keçən günlərin ülviyyəti var.

Ay da, ulduz da, günəş də yerə həsrətlə baxır,Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var.

Məqtə — şairin təxəllüsü olan son beyt. Məni yelkən kimi qərq etsə də dəryada zaman,Vurğun öldü deməyin, bir əbədi sənəti var…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar