Meysiz, məzəsiz can ilə canan ola bilməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Meysiz, məzəsiz can ilə canan ola bilməz!Sevda dediyin hər kəsə meydan ola bilməz!
Arifləri dindir ki, nədir şeir ilə sənət?Şair yaranan əmrə peşiman ola bilməz!
Könlüm evi bir gülşənə bənzər ki, əzizim,Min badi-xəzan əssə də viran ola bilməz!
Qəlbin, ürəyin odlarına yanmasa bir sözDillərdə, ağızlarda o, dastan ola bilməz!
Girdim günəşin qoynuna, min bir səhərim var,Bülbül də mənim, gül də, zimistan ola bilməz.
Yüksəl, fəqət insanlığa pis gözlə baxanlarDünyada bir ad qoysa da, insan ola bilməz!
Məqtə — şairin təxəllüsü olan son beyt. Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,Bundan da gözəl bir daha dövran ola bilməz!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-meysiz-mezesiz-can-ile-canan-ola-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları.Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı:
XəyalBir axşam dırmandım bir dağ başına,Vuruldum dünyanın bahar yaşına.
QızcığazAlagöz, sarışın körpəcə bir qızDörd divar içində ağlayır yalqız.
NizamiYoğruldu bütün varlığın ümmidlə hünərdən,Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir salatın məni təklif eylədi,Doldurdu badəni, oğlan, bir-bir çək.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
BaharNovbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.