Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsun!Baharım qar tökən qışlar, açılmaz bir diyar olsun!Çəmənzarım, bağım-bağçam saralsın, həpsi xar olsun!Məzarım od tutub yansın, bu eşqim aşikar olsun!

Sus, ey bülbül, kəs ey tufan, məramım istirahətdir,Bu yerlərdə payım yoxmuş, əlacım bir səyahətdir;Ölüm!.. Ey vah, o nemətdir, o bir şanlı səadətdir.Əgər vaxtsız ölər isəm rəqibim bəxtiyar olsun!

Fələkdən intiqam istər, qopub ruhumda tufanlar.Nə insafsız, nə vicdansız olurmuş yarəb, insanlar!Yaz ey Vurğun, çağır qopsun bu gün aləmdə tufanlar,Dağılsın mehvəri-aləm kökündən, tarimar olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar