Sənin soyuq baxışında nə həyat var, nə duyğu,Donub qalmış sifətində qarlı bir qış soyuğu.Açılmamış boğuq rəngin gülər üzlü baharda,Elə bil ki, gəmin batıb qərq olmuşdur sularda.Bir açılsın qaş-qabağın, üzə şax bax bir kərə,Qayda budur: mil salınar əyri baxan gözlərə.Yoxsa sənin murdar ömrün qaranlıqda keçəcək?Aydınlığın bulağından mərd oğullar içəcək.Qaradinməz, yerəbaxan şad xəbərə küsənsən,Yüz il belə yaşasan da dünəndən ölmüsən sən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri