"Eh… ölüb getmədi bircə bu qarıTorpaq da sevməyir bu çal kaftarı…Qurdla qiyamətə qalacaq deyən;On ildir bu evin gəliniyəm mən,Yediyim, içdiyim bir qan oldu, qan,Nələr çəkməmişəm bu qayınanadan!Bir ölüb getsəydi azad olardım,Mağıl adam olub ətə dolardım.Açardım tələsik o sandıqları,Ordadır qarının toyluq paltarı.İpəkdən, qumaşdan saxlancı vardır,Deyir toy günündən bir yadigardır…Bircə bu ağbirçək ölsəydi barı,Alıb tikdirərdim o parçaları.Hələ həmayili, saatı da var,On ildir yanıram, ölməyir kaftar".

Bu zaman yuxudan ayılır qarı,Qırılır qəlbinin şah damarları:— Qızım! Ağrın alım, uzandı səfər…Arifdən gəlmədi yenə bir xəbər.Bir dur şəhərə çıx, gör nə var, nə yox!— Yaxşı, ər mənimdir, mırıldama çox!Onsuz baxmayıram öz canıma da,Gecə buz bağlamış yorğanıma da.Sən nəyin dərdini çəkirsən belə?..— Qızım nə deyirsən, bir insaf elə,O mənim oğlumdur, anasıyam mən.Ona süd vermişəm bu döşlərimdən.Gözümün yuxusu çəkilir onsuz,Oğul anasıyam, deyiləm sonsuz!— Yaxşı, evdə otur, evi gözlə sən,Gedib xəbər alım qulluq yerindən.— Get, get, ağrın alım! Qarıyın qoşa,Min dövranla vurun dünyanı başa…Gəlin çıxır evdon… Qarısa təkdir,Gözləri dolğundur, qəlbi kövrəkdir.Ürəyi axşamdan dərdə tutulmuş,Elə bil çırpınır qəfəsdə bir quş."Bəlkə bir xata var onun başında?Ay allah, onu sən bu gənc yaşındaSaxla müsibətin yaman üzündən".Getdikcə qarının dolğun gözündənAxır göz yaşları, axır sel kimi,Ana ağlayanda ağlar el kimi.Gəlin tez qayıdır bir qışqırıqla,Yalandan ağlayır o hıçqırıqla:— "Ah, ana! Arifin ölüm xəbəri…"Yumulur ananın yaşlı gözləri,Zəif ürəkciyi birdən sıxılır,Dizləri titrəyib yerə yıxılır,Rəngi bomboz olub torpağa dönür,Zəif bir şam kimi keçinib sönür…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri