Söküldü
Ağzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldüGündüz qərarım yox gecələr bixab,Kor oldu gözlərim bilim bu küldü
Yenə paxıllar durmuş qəsdimə,Ya Allahım damən düşdü dəstiməBu hicran ləşkəri gəldi üstümə,Hər tərəfdən hücum etdi töküldü
Hicran odunda olmuşam kabab,Gündüz qərarım yox gecələr bixabBaşın üçün doğru sözdür Mahtab,Ürək paralandı ciyər söküldü
Mah xanımam bu sinəmi dağlaram,Öz yarımı öz əlimlən bağlaramGecə gündüz sızıldaram ağlaram,Qəm çərisi sinəm üstə çöküldü
Kitabxana.az · https://kitabxana.az/works/mahtab-xanim-sokuldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir