Salırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,Seyrin edən sultanlardan, xanlardanQalmayıb birindən nişanə, dağlar

Edən kişti-səfa çəmən-kahanın,Başında seyd edən nov-qəzalanın,Sənə ləşkər çəkən padşahanın,Görürsən yurdunu viranə, dağlar

Yaylaqların fürüşilə səth edən,Əzharü əşcarın görüb mədh edən,Qılınc ilə qələlərin fəth edən,Nəzər qıl, xak olan xananə, dağlar

O gözlər ki sənə saldı nəzərlər,Oldu torpağilə ağuştə yeksər,Sən ilə yerində bərca müqərrər,Baxarsan şir tək hər yanə, dağlar

Malkım deyənlər bala və pəstinə,Nabud olub du çəkənlər üstünə,Gülgun tac geyib fərqi-məstinə,Biqeyd durmusan şahanə, dağlar

Bulutlardan pərdə çəkib hər dəmdə,Hərgiz vəfa görməmisən adəmdə,Təmaşalar seyr etməmisən aləmdə,Baxdıqca gərdişi-dövranə, dağlar

Abi-zülalından seyrabdır aləm,Səninlə görüşür şəmsi-müəzzəm,Sayeyi-lütfündə fəravan üməm,Qərq dər nemət və ehsanə, dağlar

Şuxiya, zamani-güzəştə halın,Bu dağ üzrə keçən cümlə əhvalın,Vəfasız cahanın edib xiyalın,Qərq olur yürəyim al qanə, dağlar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri