Mefistofel! Mefistofel! Səni ölmüş sanırdıq biz,Fəqət sağsan, "əfv elə" ki, görməmişdir gözlərimiz.Bizim dostluq tarixçəmiz beş-altı il sürdü ancaq,Bu səhvimçün ana yurdum məndən hesab almayacaq.Çünki şair xəyalımın qanadları çox səyyardır,Yaşayanın, yaradanın yanılmağa haqqı vardır.Mefistofel! Mefistofel! Bizim dildə nəçisən sən?Beyin yeyən, könül yaxan… Şirin dilli bir iblissən.Yadımdadır o məclislər, o badələr, o nitqlər…Sən də danma o günləri öz hünərin varsa əgər.Yadındamı asta-asta çox girərdin qılığıma,Fəxrimizsən deyib mənə, hey içərdin sağlığıma.Deyirdin ki, şeir-sənət şöhrətisən yurdumuzun,Qoy hər sözün dastan olsun, taleyin ağ, ömrün uzun.Deyərdin ki, öz canımı sənə qurban verməsəm mən,Oğlum, qızım pay almasın bu dünyanın nemətindən.Mənsə canlı ürək kimi aldanardım bu ülfətə,İnsan oğlu inanmaqla ucalmışdır ülviyyətə.İnanmamaq iblislərin, əqrəblərin fitrətidir.Böyük sənət əsərləri bir etiqad qüdrətidir.Etibarsız, məhəbbətsiz hər üzünə keçən ömür,Xəyanətdən ilham alan şərəfsizə xoş görünür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri