Neçə ildir könül deyir söylə, şair,Şeir, sənət gülzarında Bakı hanı?Sən nə zaman yazacaqsan ilk dastanıBu müqəddəs, bu möhtəşəm hüsnə dair?!Lakin bizim böyük şəhər bir ümmandır,Bu ümmanda üzmək üçün qəvvas gərək.Bu arzuyla yaşamışam nə zamandır,Var ol, məni bu ümmana atan ürək!Var ol sən də, gözəl Bakı, qadir ana!Camalının şöləsidir bu ilhamım.Öz borcumu ödəyərsəm bu gün sana,Gözlərimdə qalmayacaq heç bir kamım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri