İztirab içində yatır qəhrəman,Nə qədər solğundur onun bənizi.Canında qalmamış artıq isti qan,Doktor kömək üçün çağırır bizi:"Gəlin, bu igidə qan verək bir az,Yoxsa bu yaradan xəstə sağalmaz"

Odur, laçın gözlü bir qız gələrəkAçdı sağ əlilə öz sol qolunu."Tez ol, qan al! — dedi o gözəl mələk,— Öz qanım sağaltsın vətən oğlunu".Doktor sevinərək durmadı bir an,Qan aldı o qızın şümşad qolundan.

Azacıq keçmədən tərpəndi xəstə,Yenə də dünyaya baxdı gözləri.Qız çiçək də verdi ona bir dəstə,İnsanlıq böyükdür əzəldən bəri…Xəstənin köksündə çırpındı ürək,Baxdı gözəl qıza gülümsəyərək.

Dolandı həftələr… Qalxdı qəhrəmanYenə xatirinə düşdü cəbhələr…O ayrı düşmüşdür yoldaşlarından,Qəfəsdə bağlanıb qalarmı hünər?Alıb silahını düzəldi yola,Dalınca qız dedi: — uğurlar ola!

O getdi şir kimi, toz qalxdı yerdən,Baxdı arxasınca qızın gözləri;De neçin qaşların çatıldı birdən?Nə keçdi qəlbindən, ey gözəl pəri?Gedən sevgilindir sənin, bəlkə də…Onu çox görməsin sənə təbiət.Qanlar qardaşlığı olan ölkədəDünya od tutsa da, ölməz məhəbbət!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri