Döydü qapımızı bir acı ruzgar,Durdu insan qəlbi, öldü sənətkar...Mənim təbiətə bir sualım var.Bumudur insanla onun ilqarı?Sən, ey bu torpağın əziz insanı,De, qələmin hanı? Kağızın hanı?Matəmin ağlatdı Azərbaycanı,Yasinı saxlayır Qafqaz dağları.Gülən dodaqların, söylə soldumu,Düşünən beyinin torpaq oldumu,Sevgilin saçını bir-bir yoldumu,Həyata son dəfə baxdınmı barı?Admı qəlbində hər kim arasa,Bilirəm, ağlayıb batacaq yasa;Bir xəbər göndərsin Kürə, ArazaDumanlı dağların soyuq ruzgarı.Ömrünün çiçəyi birdən solsa da,Ölümün, matəmin vaxtsız olsa da,Dünya boşalsa da, dünya dolsa da,Tarix yaşadacaq bu sənətkarı!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən