Əlim tərpənməmiş oyna yerindən,Nəzil qamçı kimi səyirdəndə sən.Büdrəsən, qalaram yarı yolda mən,A köhnə yoldaşım, a köhlən atım!Buğlana-buğlana köpüklən, atım!Aranda, yaylaqda kömək ol elə,Yerişin oxşasın əsən ağ yelə;Arpanı kəsmərəm ac qalsam belə,Yaman günlərimin gərəyi atim,İnsanın dar gündə köməyi atım.Qoy vurum belinə gümüş yəhəri,Bir yol ayrıcında açaq səhəri...Gəzib oymaq-oymaq kəndi, şəhəri,Harda var axtaraq düşməni, atım!Onları vaxt ikən gör, tam, atim!Bu bir manevradır indi səninçin...Qoy dalğalar kimi döyünsün için;Göydən üstümüzə düşən göyərçinDüşmənin yerini bildirsin, atım!Qoyub dizlərini yerə sin * , atım!Qaranlıq düşəndə qulağını çat,Asta get, nalıyın səsıni alçalt!Desinlər ustadır mindiyin bu at,Candan əziz tutum səni mən, atım!Bəzən insan kimi düşünən atım!Canın poladdandır, qolların dəmir;Komandan orduya verəndə əmr,Duşmənin başını qoparıb gəmir,Ey aslan ürəkli, pəhləvan atım!Əslində mülayim, mehriban atım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri