Şərəfnamə, fəsil 25
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
بیا ساقی از باده بردار بندبپیمای پیمودن باد چند
Ey saqi, şərabın ağzını dur aç,Vaxtı boş keçirmə, qədəhə mey saç!
خرابم کن از باده جام خاصمگر زین خرابات یابم خلاص
Xüsusi mey ilə xərab et bir an,Qurtarım canımı bu xərabatdan.
خرامیدن لاجوردی سپهرهمان گردبر گشتن ماه و مهر
Bu mavi göylər ki, daim seyr edər,Bu Günəş, bu Ay ki, dolaşıb gedər,
مپندار کز بهر بازی گریستسراپردهای این چنین سرسریست
Bunları sanma bir oyun-oyuncaq,Sərsəri deyildir bu geniş afaq.
در این پرده یک رشته بیکار نیستسر رشته بر ما پدیدار نیست
Pərdədə hər telin vəzifəsi var,Bizə bu hikmətlər deyil aşikar.
که داند که فردا چه خواهد رسیدز دیده که خواهد شدن ناپدید
Kim bilir ki, sabah nələr olacaq?Kim sönüb gedəcək, kim sağ qalacaq?
کرا رخت از خانه بر در نهندکرا تاج اقبال بر سر نهند
Kimin paltarını atarlar çölə,Kim qoyar başına tac gülə-gülə.
گزارندهٔ نیک و بدهای خاکسخن گفت ازان پادشاهان پاک
Yaxşıdan, yamandan xəbər verənlərPak, təmiz şahlardan belə nəql edər:
که چون صبح را شاه چین بار دادعروس عدن در به دینار داد
Çin şahı səhərə nəfəs verərkənUlduzu Günəşə dəyişdi Ədən.
رسیدند لشگر به جای مصافدو پرگار بستند چون کوه قاف
Toqquşma yerinə yetişdi ordu,Qaf kimi düz iki pərgarda durdu.
خسک بر گذرگاه کین ریختندنقیبان خروشیدن انگیختند
Yollara töküldü dəmirdən tikan,Şeypurlar coşduqca qopdu həyəcan.
یزک بر یزک سو بسو در شتابنه در دل سکونت نه در دیده آب
Üz-üzə gəlirdi hər iki ordu,Nə ürəkdə dinclik, nə gözdə uyğu.
ز بسیاری لشگر از هر دو جایفرو بست کوشنده را دست و پای
Hər iki tərəfdə ordu qaynaşır,Qaynaşma ayağa, ələ dolaşır.
دو رویه ستادند بر جای جنگنمودند بر پیش دستی درنگ
Üz-üzə durdular döyüş yerində,Döyüşə cəsarət yox heç birində.
مگر در میان صلحی آید پدیدکه شمشیرشان برنباید کشید
Hamı düşünürdü bəlkə sülh olsun,Qılınclar qınında sakit otursun.
چو بود از جوانی و گردنکشیهم آن جانب آبی هم این آتشی
Gənclikdən, qürurdan hər iki sərkəşBirisi su idi, birisi atəş.
پدید آمد از بردباری ستیزدل کینه ور گشت بر کینه تیز
Nəhayət, şəfqətdən kin etdi zühur,Yandı hər ürəkdə kinli bir qürur.
ازان پس که بر کینه ره یافتندسر از جستن مهر برتافتند
Elə ki qaynadı kinli bir hiddət,Ürəkdən büsbütün silindi şəfqət,
درآمد به غریدن آواز کوسفلک بر دهان دهل داد بوس
Davullar gurlarkən dəhşət verərək,Təbilin dodağından öpürdü fələk.
شغبهای آیینهٔ پیل مستهمی شانه بر پشت پیلان شکست
Sərxoş fillər ilə qızışdı meydan,Güzgü sınıb düşdü filin alnından.
برآورد خرمهره آواز شیردماغ از دم گاو دم گشت سیر
Şeypurlar qoparır aslan nərəsi,Dimağı doyurur nayın nəfəsi.
چنان آمد از نای ترکی خروشکه از نای ترکان برآورد جوش
Türk nayı qopardı elə bir şivənİgidlər coşaraq qopdu yerindən.
طراقی که از مقرعه خاستهبرون رفته زین طاق آراسته
Zinclərin sədası elə müdhişdi,Bəzəkli günbədi dəlib keçmişdi.
روا رو برآمد ز راه نبردهزاهز در آمد به مردان مرد
Meydanı bürüdü qanlı vurhavur,Döyüşdən igidlər getdikcə coşur.
زمین گفتی از یکدیگر بردریدسرافیل صور قیامت دمید
Sanki bir məhşərdir, yer, göy dağılır,İsrafil şiddətlə surunu çalır.
غبار زمین بر هوا راه بستعنان سلامت برون شد ز دست
Göylərin yolunu tutdu toz-torpaq,Sağlığın yüyəni əllərdən uzaq.
ز بس گرد بر تارک و ترک و زینزمین آسمان آسمان شد زمین
O qədər toz qonmuş tərkə, yəhərə,Yer göyə dönmüşdü, göy isə yerə.
جگر تاب شد نعرههای بلندگلوگیر شد حلقههای کمند
Ciyəri yandırır atəşli səda,Boğulur kəməndin halqaları da.
ز تاب نفس بر هوا بست میغجهان سوخت از آتش برق تیغ
Nəfəslər göydə bir buluddur guya,Qılınc şöləsindən yanırdı dünya.
ز بس عطسهٔ تیغ بر خون و خاکدماغ هوا پر شد از جان پاک
Qılınc oynadırdı torpaqla, qanla,Havanın dimağı dolurdu canla.
سپهدار ایران هم از صبح بامبر آراست لشگر بسازی تمام
İran tacidarı səhərdən durdu,Sazladı olduqca mükəmməl ordu.
نخستین صف میمنه ساز کردز تیغ اژدها را دهن باز کرد
Öncə sağ qanada bəzəklər saçdı,Əjdaha qılınclar ağzını açdı.
صف میسره هم بر آراست چستیکی کوه گفتی ز پولاد رست
Sonra da sol qolu nizama saldı,Cəbhəyə poladdan bir dağ ucaldı.
جناح آنچنان بست در پیشگاهکه پوشیده شد روی خورشید و ماه
Bir mərkəz dikəltdi cinahın gözü,Qapandı Günəşin və Ayın üzü.
ز قلبی که چون کوه پولاد بودپناهنده را قلعه آباد بود
Bu mərkəz poladdan tökülmüş bir dağ,Sığınan kəslərə dəmir bir sığnaq.
ز دیگر طرف لشگر آرای رومبر آراست لشگر چو نحلی ز موم
O yanda Rum şahı qurdu ordunu,Sanki bal arısı şan etdi mumu.
سلیح و سلب داد خواهنده راقوی کرد پشت پناهنده را
Silah istəyənə payladı silah,Kömək istəyənə payladı pənah.
چپ و راست آراست از ترک و تیغچو آرایش گلشن از اشک میغ
Sağ-solu bəzədi qılınc və qalxan,Necə ki canlanır çəmən buluddan.
پس و پیش را کرد چون خاره کوهبر انگیخت قلبی ثریا شکوه
Dağtək möhkəmlətdi önü, arxanı,Göydə səyyarətək qurdu meydanı.
چو از هر دو سو لشگر آراستندیلان سربسر مرد میخواستند
Elə ki hər tərəf sazladı ordu,İgidlər döyüşə çox hazır durdu.
سیاست درآمد به گردن زنیز چشم جهان دور شد روشنی
Qılınclar boyunla oynarkən artıq,Dünyanın gözündən çəkildi işıq.
ز بس خون که گردآمد اندر مغاکچو گوگرد سرخ آتشین گشت خاک
Çuxurlar qan ilə dolub daşaraq,Qırmızı kükürdtək qızardı torpaq.
ز شمشیر برگشته جائی نبودکه در غار او اژدهائی نبود
Əyri qılıncların əjdahasındanƏjdaha yuvası olmuşdu meydan.
نهنگ خدنگ از کمین کماننیاسود بر یک زمین یک زمان
Oxların nəhəngi yay pusqusundanBir yerdə durmayır, şığıyır hər an.
کمند اژدهائی مسلسل شکنجدهن باز کرده به تاراج گنج
Qıvrım kəmənd olmuş bir ilan yenə,Ağzını açmışdır tutsun xəzinə.
ز غریدن زنده پیلان مستنفس در گلوی هزبران شکست
Coşduqca fillərin sərxoş nərəsi,Tıxandı ərlərin kəskin nəfəsi.
ز بس تیغ بر گردن انداختننیارست کس گردن افراختن
Qılınclar o qədər boyun üzdülər,Qalmadı boynunu dik tutan bir ər.
پدر با پسر کین برآراستهمحابا شده مهر برخاسته
Ata öz oğluna bəslər ədavət,Oğul da ataya etməz məhəbbət.
ستون علم جامه در خون زدهنجات از جهان خیمه بیرون زده
Az qaldı bayrağı qərq eyləsin qan,Nicat çadırını yığdı dünyadan.
ز بس خستهٔ تیرپیکان نشانشده آبله دست پیکان کشان
Yaylarda o qədər dartıldı oxlar,Yay çəkən əllərdə kəsildi qabar.
چنان گرم شد آتش کارزارکه از نعل اسبان برآمد شرار
Döyüşdən o qədər qızışdı meydan,Qığılcım sıçradı at nallarından.
جهانجوی دارا ز قلب سپاهبر آشفت چون شرزه شیر سیاه
Ordu mərkəzində Daranın qəlbiDaraldı bir aslan ürəyi kimi.
به دشمن گرائی به خصم افکنیگشاده بر و بازوی بهمنی
Kükrəyir, dağıdır sağ və solunu,Hər yana işlədir Bəhmən qolunu.
به هر جا که بازو برافراختیسر خصم در پایش انداختی
Sarsılmaz qolunu atsa hər yana,Düşür düşmən başı ayaq altına.
نشد بر تنی تا نپرداختشنزد بر سری تا نینداختش
Hər cana çatırsa, verməyir aman,Hər başa vurursa, qoparır haman.
ز بس خون رومی دران ترکتازهزار اطلس رومی افکند باز
Rumların qədərsiz töküldü qanı,Torpağa sərildi min pəhləvanı.
وزین سو سکندر به شمشیر تیزبرانگیخته از جهان رستخیز
Bu yanda qılıncla igid İskəndərQaldırdı dünyada qanlı bir məhşər.
دو دست آوریده به کوشش برونبهر دست شمشیری الماس گون
İki əl qan tökər, çalışır, durmaz.Hər əldə bir qılınc - kəsərli almaz.
دو دستی چنان میگرائید تیغکزو خصم را جان نیامد دریغ
İki əl qılıncı elə əridirDüşmən öz canına hayıf deməyir.
چو بر فرق پیل آمدی خنجرشفرو ریختی زیر پایش سرش
Bir qılınc vurunca hər fil başına,Salardı başını ayaq altına.
چو بر آب دریا غضب ریختیز دریای آب آتش انگیختی
Kinini dənizə töksəydi, şəksiz,Hər yana atəşlər saçardı dəniz.
چو شیری که آتش ز دم برزنددم مادیان را به هم برزند
Ağzından sanki bir aslan od saçır,Aslan qarşısından madyanlar qaçır.
به دارا نمودند کان تند شیربسا شیر کز مرکب آورد زیر
Daraya dedilər: “Bu qızmış aslanÇox adlı igidi saldı atından.
شه آزرم او به که یکسو کندکزان پهلوان پیل پهلو کند
Padşahın qəlbinə kin dolsun gərək,Belə filgövdədən qurtulsun gərək.
به لشگر بگوید که یکبارگیگرایند بر جنگ او بارگی
Orduya əmr ver, dolaraq kinəHər yandan yürüşlə axsın üstünə”.
چنان دید دارای دولت صوابکه لشگر بجنبد چو دریای آب
Bu fikri Dara da gördü məsləhət,Ordular dəniztək etsin hərəkət,
همه همگروهه به یکسر زنندبه یکبارگی بر سکندر زنند
Hamısı sel kimi bir səmtə axsın,İskəndər üstünə cilov buraxsın.
به فرمان فرمانده تاج و تختبجوشید لشگر بکوشید سخت
Daranın əmriylə ordu yer-yerdənQaynayıb irəli atıldı birdən.
عنان یک رکابی برانگیختنددو دستی به تیغ اندر آویختند
Cilovlar parladı edərkən həmlə,Qılınca sarıldı iki əliylə.
سکندر چو غوغای بدخواه دیدز خود دست آزرم کوتاه دید
İskəndər görüncə elə divanıAtdı düşmən kimi şərmi, həyanı,
بفرمود تا لشگر روم نیزبدادن ندارند جان را عزیز
Əmr etdi yerindən tərpənsin dəniz,Hər kəs öz canını tutmasın əziz.
ببندند بر دشمنان راه رابه خاک اندر آرند بدخواه را
Düşmənin yolunu tutsun hər yandan,Keçirsin qılıncdan, verməsin aman.
دو لشگر چو مور و ملخ تاختندنبردی جهان در جهان ساختند
Qarınca, çibintək qaynadı meydan,Girdi bir-birinə hər iki cahan.
به شمشیر پولاد و تیر خدنگگذرگاه کردند بر مور تنگ
O qədər ki qılınc, ox yağdırdı qol,Qarınca tapmadı keçməyə bir yol.
چو زنبور گیلی کشیدند نیشبه زنبوره زنبور کردند ریش
Gilə arısıtək çəkdilər neştər,Göylərdə oxları oxa tikdilər.
سکندر دران داوریگاه سختپی افشرد مانند بیخ درخت
İskəndərsə haman qorxulu andaBir kötüktək möhkəm durdu meydanda.
هیون بر وی افکند پیل افکنیسوی پیلتن شد چو اهریمنی
Bir igid yanaşdı o filpeykərə,Əl atdı Əhrimən kimi xəncərə,
یکی زخم زد بر تن پهلوانکزان زخم لرزید سرو جوان
Dərindən bir yara açdı pəhləvan,O gənc sərv titrədi müdhiş yaradan.
بدرید خفتان زره پاره کردعمل بین که پولاد با خاره کرد
Zirehi dələrək kaftandan keçdi,İşə bax, ipəyi polad nə biçdi.
نبرید بازوی تابنده هورولیکن شد آزرده در زیر زور
Parlayan Günəşin qolu dönmədi,O qüvvət altında bir an inlədi,
به موئی تن شاه رست از گزندبزد تیغ و بدخواه را سرفکند
Ağrıdan azacıq dincəldi canı,Qılıncla torpağa sərdi düşmanı.
هراسید ازان دشمن بیهراسدل خصم را کرد از آنجا قیاس
Düşmənin gücünü ölçmək istərkən,Bundan təkan yedi qorxusuz düşmən.
بران شد که از خصم تابد عنانرهائی دهد سینه را از سنان
Düşündü meydandan çəksin yüyəni,Nizədən dincəlsin yorğun bədəni.
دگر باره از بخت امیدوارپی افشرد بر جای خویش استوار
Yenidən bəxt ilə olaraq həmdəm,Durdu öz yerində möhkəmdən möhkəm.
چو در فال فیروزی خویش دیدبر اعدای خود دست خود بیش دید
Bu falda bir zəfər, səadət gördü,Qolunda düşməndən çox qüvvət gördü.
قوی کرد بر جنگ بازوی خویشبکوشید با همترازوی خویش
Bütün qüvvətini alaraq ələDöyüşə qalxdı öz həmçəkisilə.
نیاسود لشگر ز خون ریختنز دشمن به دشمن درآویختن
Həmlədən-həmləyə keçirdi ordu,Su deyil, sanki qan içirdi ordu.
نبرد آزمایان ایران سپاهگرفتند بر لشگر روم راه
Döyüşdə sınanmış iranlı birdənRumların yolunu kəsdi hər yerdən.
زبون گشت رومی ز پیکارشاناجل خواست کردن گرفتارشان
Meydanda zəiflik göstərdi rumlar,Onları edirdi əcəl giriftar.
دگر ره به مردی فشردند پاینرفتند چون کوه آهن ز جای
Yenidən mərdliklə namusa doldu,Dağ kimi yerindən tərpənməz oldu.
به ناموس رایت همی داشتندغنیمت به بدخواه نگذاشتند
Himmətlə tutdular əldə bayrağı,Qənimət almasın amansız yağı.
چو گوهر برآمود زنگی به تاجشه چین فرود آمد از تخت عاج
Zənci öz tacına düzüncə gövhərÇin şahı taxtından düşdü dərbədər.
مه روشن از تیره شب تافتهچو آیینه روشنی یافته
Gecənin köksündən Ay doğdu parlaq,Şəfəqli güzgütək işıq saçaraq.
دو لشگر به یکجا گروه آمدندشدند از خصومت ستوه آمدند
Bir çöldə yığıldı hər iki ordu,Hər iki cəbhəni düşmənlik yordu.
به آرامگاه آمدند از نبردز تن زخم شستند و از روی گرد
Döyüşdən əl çəkib döndülər geri,Yudular yaranı; tozu, qan-təri.
پر اندیشه از گنبد تیز گشتکه فردا بسر بر چه خواهد گذشت
Hamını almışdı kədər, düşüncə:Nə zühur edəcək şəfəq söküncə?
دگر روز کین روی شسته ترنجچو ریحانیان سر برون زد ز کنج
Saf, təmiz portağal o səhər erkən,Bir dəstə gül kimi güldü üfüqdən.
سپاه از دو سو صف برآراستندهزبران به نخجیر برخاستند
Üz-üzə dayandı hər iki ordu,Pəhləvanlar qalxıb şikargah qurdu.
به پولاد شمشیر و چرم کمانبسی زور بازو نمود آسمان
Qılınc, ox, kamanla uzun bir zamanQol gücü göstərdi uca asiman.
به غوغای لشکر درآمد شکیبکه دست از عنان رفت و پای از رکیب
Yorulan ordunun saraldı rəngi,Əl cilov itirdi, ayaq üzəngi,
به دارا دو سرهنگ بودند خاصبه اخلاص نزدیک و دور از خلاص
Daranın iki baş sərdarı vardı,Üzdə dost, ürəkdən çox kin tutardı.
ز بیداد دارا به جان آمدهدل آزردگی در میان آمده
Daranın kinindən yorulmuşdular,Ortada bir ürək incikliyi var.
بران دل که خونریز دارا کنندبر او کین خویش آشکارا کنند
Şahı öldürməkçin oldular əlbir,Kin ilə oturub tökdülər tədbir.
چو زینگونه بازاری آراستندبه جان از سکندر امان خواستند
Bəzəmək istərkən qanlı bir bazar,Gedib İskəndərə sığındı onlar:
که مائیم خاصان دارا و بسبه دارا ز ما خاصتر نیست کس
“Daranın bizə çox etimadı var,Tək bizə inanır qoca tacidar.
ز بیداد او چون ستوه آمدیمبه خونریز او هم گروه آمدیم
Zülmündən yanaraq etmişik tədbir,Öldürmək fikrində olmuşuq əlbir.
بخواهیم فردا بر او تاختنز بیداد او ملک پرداختن
Biz sabah bir həmlə edərik, bəlkəZülmdən qurtulsun bu məzlum ölkə.
یک امشب به کوشش نگهدار جایکه فردا مخالف درآید ز پای
Yerində möhkəm dur, dayan bu gecə,Düşmənin bu səhər dönəcək heçə.
چو فردا علم برکشد در مصافخورد شربت تیغ پهلو شکاف
Bu səhər bayraqla çıxarkən hərbəQılıncdan yeyəcək böyrü bir zərbə.
ولیکن به شرطی که بر دسترنجبه ما بر گشاده کنی قفل گنج
Ancaq sən doğru qal bu şərtimizə,Xəzinə ağzını geniş aç bizə!
ز ما هر یکی را توانگر کنیبه زر کار ما هر دو چون زر کنی
Hər birimizi sən varlandırasan,Qulluğumuz üçün qızıl saçasan”.
سکندر بدان خواسته عهد بستبه پیمان درخواسته داد دست
Bu iki xainə rumlu hökmüran,Söz verdi, onlarla bağladı peyman.
نشد باورش کاندو بیداد کیشکنند این خطا با خداوند خویش
Lakin inanmadı buna İskəndər:Daranı öldürə bilsin xainlər.
ولی هر کس آن در بدست آوردکزو خصم خود را شکست آورد
Ancaq düşmənindən qurtulmaq üçünHər kəs üçün çarə aramaq mümkün.
دران ره که بیداد داد آمدشکهن داستانی به یاد آمدش
Bu zülmü ədalət gördü hökmüran,Gəldi xatirinə köhnə bir dastan:
که خرگوش هر مرز را بیشگفتسگ آن ولایت تواند گرفت
“Dovşanını hər bir yerin - məsəl var, -Yenə də o yerin tazısı tutar”.
چو آن عاصیان خداوند کشخبر یافتند از خداوند هش
Şahını öldürmək istəyən kəslər,Ağıllı kimsədən alınca xəbər,
که بر گنجشان کامکاری دهدبه خونریز بدخواه یاری دهد
İskəndərdən güclü pul almaq üçün,Həm də ki Daradan qurtulmaq üçün,
حق نعمت شاه بگذاشتندپی کشتن شاه برداشتند
Şahın nemətini unutdu onlar,Onu öldürməyə verdilər qərar.
چو یاقوت خورشید را دزد بردبه یاقوت جستن جهان پی فشرد
Günəş yaqutunu oğru çalıncaBu dünya düşmüşdü yaqut dalınca.
به دزدی گرفتند مهتاب راکه او برد از آن جوهر آن تاب را
Məhtabı tutaraq dedilər: “Oğru,Günəşdən gövhəri oğurlamış bu”.
دو لشکر کشیده کمر چون دو کوهشدند از نبردآزمائی ستوه
İki dağ kimi səf çəkmişdi ordu,Çarpışma hər iki cəbhəni yordu.
به منزلگه خویش گشتند بازبه رزم دگر روزه کردند ساز
Döndülər o günü vurunca başa,Hazırlıq görüldü gələn savaşa.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-25
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müğənni, qəlb açan o sazın iləBu odlu dərdimə bir əlac eylə!
İqbalnamə, fəsil 42Müğənni, yorubdur bəm səslər məni,Zil üstə qaldır sən indi naləni!
İqbalnamə, fəsil 43Müğənni, ruh verən sazını bir al,Bizə ürək açan xoş bir hava çal!
İqbalnamə, fəsil 44Müğənni bir şirin nəğmə söylə sən,Bu ki, ilk ricamız deyildir səndən!
Başqa şairlərin şeirləri
– Yaman yağış yağır! – Söylədi çoban –Çıxara bilmədim malı örüşə!..
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Ayın kölgəsiGümüş kölgə salıb qarlar üzkərə,Asimanda büllurlanan donuq ay,
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.