مغنی بدان ساز غمگین‌نوازدرین سوزش غم مرا چاره ساز

مگر کز یک آواز رامش‌فروزمرا زین شب محنت آری به روز

پس از مرگ اسکندر اسکندروسبه آشوب شاهی نزد نیز کوس

اگر‌چه ز شاهان پیروز‌بختجز او کس نیامد سزاوار تخت

بدین ملک دَه‌روزه رایی نداشتکه چندان نو‌آیین نوایی نداشت

بنالید چون بلبل دردمندکه زیر افتد از شاخ سرو بلند

بزرگان لشگر نمودند جهدکه با آن ولیعهد بندند عهد

در گنج بر وی گشایند بازبه‌جای سکندر برندش نماز

ملک‌زاده را عزم شاهی نبودکه در وی جز ایزد پناهی نبود

ز شاهان و لشگرکشان عذر خواستکه بر جز منی شغل دارید راست

که بر من حرام است می خواستنبه‌جای پدر مجلس آراستن

مرا با حساب جهان کار نیستکه این رشته را سر پدیدار نیست

گمانم نبد کان جهانگیر شاهبه روز جوانی کند عزم راه

فرو ماند ایوان اورنگ راپذیرا شود دخمه تنگ را

من از خدمت خاکیان رسته‌امبه ایزد پرستی میان بسته‌ام

بر این سرسری پول ناپایدارچگونه توان کرد پای استوار‌؟

همانا که بیش از پدر نیستمپدر چون فرو رفت من کیستم

نه خواهم شدن زو جهان‌گیر‌ترنه زو نیز بارای و تدبیرتر

ز دنیا چه دید او بدان دلکشیکه من نیز بینم همان دل‌خوشی

چو دیدم کزین حلقه هفت جوشبر آن تختور شد جهان تخته‌پوش

همه تخت و پیرایه را سوختمبه تخت کیان تخته بردوختم

نشستم به کنجی چو افتادگانبه آزادی جان آزادگان

هوس‌های این نقره زر خریدبسا کیسه کز نقره و زر درید

چو پیمانه پر گشت و پرتر کنیبه سر درکنی هر چه در سر کنی

همان به که پیش از برانگیختنشوم دور ازین جای بگریختن

ندارم سر تاج و سودای تختکه ترسم شبیخون درآید به بخت

درین غار چون عنکبوتان غارز مور و مگس چند گیرم شکار‌؟

یکی دیر خارا به‌دست آورمدر آن دیر‌، تنها نشست آورم

به اشک خود از گوهر جان پاکفرو شویم آلودگی‌های خاک

بپیچم سر از هر چه پیچیدنیبسیچم به کار بسیچیدنی

شوم مرغ و در کوه طاعت کنمبه تخم گیاهی قناعت کنم

به آسانی از رنج‌ها نگذرمکه دشوار میرم چو آسان خورم

چو هنگام رفتن در آید فرازکنم بر فرشته در دیو باز

مرا چون پدر در مغاک افکنیدکفی خاک را زیر خاک افکنید

چو از مرگ بسیار یاد آوریشکیبنده باشی در آن داوری

وگر ناری از تلخی مرگ یادبه دشواری آن در توانی گشاد

سرانجام در دیر کوهی نشستز شغل جهان داشت یک‌باره دست

دل از شغل عالم به طاعت سپردبرین زیست گفتن نشاید که مرد

تو نیز ای جوان از پس پیر خویشمگردان ازین شیوه تدبیر خویش

که در عالم این چرخ نیرنگ‌سازنه آن کرد کان را توان گفت باز

بسا یوسفان را که در چاه بستبسا گردنان را که گردن شکست

Müğənni, qəlb açan o sazın iləBu odlu dərdimə bir əlac eylə!

O nurlu nəğmənlə könlümü bəzə,Bu qəmli gecədən çıxar gündüzə!..

İskəndərdən sonra İskəndərus daQovğa eləmədi taxtü-tac üstə.

Şahların içində heç onun qədərYoxdu şah olmağa layiq bir nəfər.

Beş günlük dünyaya tamah salmadı,O uca mənsəbə mayil olmadı.

Güldən ayrı düşmüş şeyda bülbültəkAhü zar eylədi gecə sübhədək.

Sanki anasını bir bala ceyranKabab olmuş gördü oyanan zaman.

Ordu böyükləri çox etdilər cəhd,Bəlkə qəbul etsin tacı vəliəhd.

Açsınlar önündə xəzinələri,Tutsun atasının tutduğu yeri.

Yoxdu şahzadənin şahlıq məqsədi,O, ancaq ibadət etmək istədi.

Üzr ilə onlara dedi ki: "Gedin,Təxti başqasına həvalə edin.

Atamın yerində məclis qurmaram,Badəni etmişəm özümə haram.

Dünya işlərindən əl çəkmişəm mən.Yoxdur bu kələfin ucunu görən.

İnana bilməzdim, böyük hökmüranBelə gənc yaşında gedə dünyadan.

Tərk edib sarayı, keçə təxtindən,Darısqal daxmanı eyləyə məskən.

Bu dünya əhlini tərk edib dahaMən üz tutacağam yalnız allaha.

Sütunu sarsılmış titrək körpününÜstündə bərk durmaq olarmı mümkün?

Atamdan artıq ki, olmayacağam,Ölüb-getmədimi elə bir adam?

Onuntək tədbirli ola bilmərəm,Cahanı fəth edib ala bilmərəm.

Atama nə verdi o güc, o qüdrətKi, ola məndə də mənsəbə rəğbət?

Bu yeddi qatlı çərx tüğyan eylədi,Atamın təxtini viran eylədi.

Mən də təxtü tacı ataraq oda,Kəyanlar təxtini qoydum tabuta!

Sadə adamları azad görüncə,Çəkildim özüm də azad bir küncə.

Çoxunu aldatmış gümüş həvəsi,Axırda yırtılıb zərdən kisəsi!

Dolmuş bir qədəhi doldursan yenə.İçəndə dağılar o, üz-gözünə.

Bir yer ki, deyildir əbədi məskən,Gərək "Get!" deməmiş özün gedəsən.

Şahlıq arzusundan uzaqdır könlüm,Çünki qarşımdadır amansız ölüm.

Bu dar mağarada hörümçəklərtəkNə qədər ovlayım qarışqa, milçək?

Qayalar içində məbəd taparam,Orda keçirərəm ömrümü müdam.

Dünyanın çirkini təmizlərəm mənGözümün yaşilə öz ürəyimdən.

Dünya işlərindən əl çəkib bütün,Tədarük görərəm axirət üçün.

Quşlartək az dənə edib qənaət,Edərəm allaha dağda ibadət.

Köçməyin növbəsi yetişən zamanDiv girsən pərinin qoy qapısından!

Axirət xovfundan qorxum var məgər?Asan ömr eləyən çətin can verər.

Atamtək məni də məzara atın,Bir ovuc torpağı torpağa qatın!

Düşünsən əcəlin nə olduğunuDaha cəsarətlə gözlərsən onu.

Ölüm əzabını dərk eləməsənÇox çətin açarsan o qapını sən..."

Gedib bir kahada o tutdu məqam,Dünya işlərini unutdu tamam.

Yalnız eyləyirdi haqqa ibadət,Ölümə yaxındı bu yol, bu adət.

Bundan ibrət götür sən də, ey cavan,Məbada çıxasan ata yolundan!

Çünki bu dünyada hiyləgər fələkÇox işlər görür ki, çətindir demək,

Quyuya nahaqdan çox Yusif salmış,Çox mənəm deyəndən intiqam almış!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri