مغنی یک امشب بر آواز چنگخلاصم ده از رنج این راه تنگ

Müğənni, bu gecə çəngini saz et,Məni bu dar yolda qəmdən xilas et!

مگر چون شود راه بر من فراخبرم رخت بیرون ازین سنگلاخ

Bəlkə genişlənsin, açılsın yolum,Köçüm bu daşlıqdan, asudə olum...

زمستان چو پیدا کند دستبردفرو بارد از ابر باران خرد

Fəsillər içində qış gələn zamanNarın yağış səpər yerə buluddan

گلو درد آفاق را از غبارلعابی زجاجی دهد روزگار

Tozdan xəstələnmiş dünyaya fələkSanki dərman verər rəhmə gələrək!

در و دشت را شبنم چرخ کوزکند ایمن از تف و تاب تموز

Geniş səmaların sərin şəbnəmiQurtarar istidən bütün aləmi.

به تشنه گیاهای جلاب گیریخ خرد کرده دهد زمهریر

Susamış otlara bağçada, bağdaXırdaca buzlardan pay verər şaxta.

جوان‌مردی باغ پیرایه‌سنجشود مفلس از کیمیا‌های گنج

Hamıya bəxşişlər paylayan bağlarTamam müflis olub möhnətdə qalar.

دهند آب ریحان فروشان دیسفالینه خم را ز ریحان می

Dünən reyhan suyu satanlar bütünŞərab doldurarlar küplərə bu gün.

خم خان دهقان چو آید به جوشقصب بِفْکنَد پیر پشمینه‌پوش

Qaynayır kəndlinin evində küplər,Kəndlilər kətan yox, yun paltar geyər.

غزالان که در نافه مشک آورندکباب‌ِ تر و نُقل خشک آورند

Ceyran göbəyindən müşk saçılar,Kabablı, noğullu süfrə açılar.

نشینند شاهان به رامشگریخورند آب حیوان اسکندری

Şahlar kef məclisi qurub bu zamanİçərlər İskəndər içən şərabdan.

چه گفتم دگر ره‌! چه زاد از سخن‌!چه بازی بر آراست چرخ کهن

Gör, qəlbdə nə vardı, dilim nə dedi,Bu çərxi-fələyin oyunu nədi?

چو ز‌اسکندر آمد به روم آگهیکه عالم شد از شاه عالم تهی

Ruma gəlib çatdı bu qara xəbər:"Getdi bu dünyadan böyük İskəndər".

ملوک طوایف به هر کشور‌ینشستند و گیتی ندارد سری

Tayfa başçıları yığılıb dedi:Cahan sahibsizdir, başsızdır indi.

بزرگان اگر دست‌بوس آورندبه درگاه اسکندروس آورند

Hər kim barigaha töhfə yollasa,Gərək təqdim etsin İskəndərusa.

همه زیور روم شد زاغ رنگبه روم اندر آمد شبیخون زنگ

Örtdü qara qanad Rumu sərasər,Bürüdü ölkəni sanki zəncilər.

همان نامه شه که بنوشت پیشبه مادر سپردند بر مُهر خویش

Çatanda hamını batırdı qəmə,Şahın anasına yazdığı namə.

چو مادر فرو خواند غم‌نامه راسیه کرد هم جام و هم جامه را

Oxuyub məktubu ana ağladı,Matəmə büründü, qara bağladı,

ز طومار آن نامهٔ دل‌شکنچو طومار پیچید بر خویشتن

Baxdıqca oğlunun bu məktubuna,Tumartək qıvrılıb açıldı ana.

ولی گرچه شد روز بر وی سیاهسر خود نپیچید از اندرز شاه

Qəlbi yas tutsa da bu möhnətindən,Çıxmadı o şahın vəsiyyətindən;

به امید خوشنودی جان اونگهداشت سوگند و پیمان او

"Oğlumun qoy ruhu şad olsun!" dedi.Onun andlarına əməl elədi...

پس شاه نیز او فراوان نزیستهمه ساله خون خورد و خون می‌گریست

Bir an kəsilmədi ahı, fəryadı,Tez getdi dünyadan, o da qalmadı!

چو شد کار او نیز هم ساختهازو نیز شد کار پرداخته

Qara taleyinə əlvida etdi,Onun da həyatı bu cürə bitdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar