İqbalnamə, fəsil 43
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مغنی بدان جرهٔ جاننوازبر آهنگ ما نالهٔ نو بساز
Müğənni, ruh verən sazını bir al,Bizə ürək açan xoş bir hava çal!
که گشتیم چون بلبل از ناله مستبدان ناله زین ناله دانیم رست
Bülbültək naləndən sərxoş olaraq,Bəlkə bu nalədən, qəmdən qurtaraq!..
چو هرمس بدین ژرفدریا رسیدرهی دید کز وی رهایی ندید
Hürmüz də bu dərin dəryaya çatdı,Ovun da gəmisi ümmanda batdı.
فرو رفت و گفت آفرین بر کسیکه کالای کشتی ندارد بسی
Dənizə qərq olcaq fəryad elədi:"Yükü yüngül olan xoşbəxtdir,- dedi, -
چه باید گرانبارییی ساختنکه باید به دریا در انداختن
Gəmidə artıq yük nəyə gərəkdir?O ki, bir gün suya töküləcəkdir!
جهان خانهٔ وحش بود از نخستدر او بانوا هر گیاهی که رست
Bu dünya əzəldən vəhşətxanədir,Göyərən hər otun işi nalədir.
ز کوه گران تا به دریای ژرفچه و بام او شد به باران و برف
Dağların damını örtüb qalın qar,Dəniz quyusuna dolub yağışlar.
چو شد آهوی گور آدم پدیدگریزنده شد گور و آهو رمید
Yarandı ceyranlar ovlayan insan.Qulanlar, ceyranlar qaçdılar ondan.
من آن وحشی آهو کز دست زوربه پای خودم رفت باید به گور
Mən də bir ahuyam, düşmüşəm bu günAmansız toruna zalım ölümün.
درین ره پناه خود از هیچکسنسازم جز از پاک یزدان و بس
Bu yolda köməkçim olacaq allah,Yoxdur ondan başqa heç kimə pənah!
شما نیز چون عزم راه آوریدبه پاکیزه یزدان پناه آورید
Bu fani dünyadan köçən zaman siz,Ancaq bir allaha üz döndəriniz".
درین گفتنش خواب خوش باز بردسخن را چه خسبانم، او نیز مرد
Deyərək bir şirin yuxuya getdi,Sözü nə uzadaq, o, vəfat etdi...
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-43
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məcnunun eşqi haqqındaYuxusuz gözlərin taxtına sultan,
Leyli və Məcnun, fəsil 14Məcnunun atasının Leyliyə elçi getməsiElə ki, yar yolu bağlandı bir gün,
Leyli və Məcnun, fəsil 15Leylinin eşqi ilə Məcnunun ağlayıb sızlamasıMəcnun qohumların yalvarışından
Leyli və Məcnun, fəsil 16O sövda bayrağı qalxandan bəriLeylinin hüsnü tək tutdu göyləri.