Seyri-gülşən etsən, ey gül’üzarım,Bülbül oxur, bağlar sədayə düşər.Xəttinə baş əyər sünbül, bənövşəGül xaki-payinə fədayə düşər.

Xurşidim, xavərim, hilalım sənsən,Şəkərim, şərbətim, zülalım sənsən.Fikrim, zikrim, sözüm, xəyalım sənsən,Haçan könlüm səndən cüdayə düşər.

Arizunu çəkir sahib-diləklər,Dolanıb başına dönər fələklər.Mədhin oxur ərş üzündə mələklər,Hər biri bir türfə vidaya düşər.

Xəyalındır xəyalımın həyatı,Dəhanın şəkəri, dilin nəbatı,Cəmalın sədqəsi, hüsnün zəkatıMənim tək bivanə gədayə düşər.

İntizarın mən çəkərəm peyvəstə,Könül pərişandır, xatir şikəstə,Istər vüsalını Vidadi xəstə,Üz xakə fərş eylər, duayə düşər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar